Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 26.12.2009 - BÖHRAN BAKILILARIN ƏHVALINA O QƏDƏR DƏ TƏSİR ETMƏYİB

26.12.2009

«Rəy» Monitorinq Mərkəzi Yeni İl ərəfəsində əhalinin əhval-ruhiyyəsini öyrənmək məqsədilə dekabrın 14-dən 17-dək Bakı şəhərində keçirdiyi ictimai rəy sorğusunun nəticələrini təqdim edir. 

Sorğu zamanı məlum olub ki, böhran şəhər əhalisinin sosial durumuna bir qədər təsir etsə də, onların əhvalını poza bilməyib. «Həyatınızdan razısınızmı?» sualını cavablandıran respondentlərin 70%-ə yaxını «bəli, razıyam» və ya «demək olar ki, razıyam» deyə bildirib. Cəmi 15% respondent «demək olar ki, narazıyam», 14% isə «narazıyam» cavabını verib.

Xatırladaq ki, həmin suala cavablar 2008-ci ilin sonunda da təxminən bu ilki kimi olmuşdu. Bu isə o deməkdir ki, böhran Bakı əhalisinin əhvalına o qədər də təsir etməyib.

2009-cu ilin şəxsən özləri üçün necə keçdiyini qiymətləndirən Bakı sakinləri bu sualı da 2008-ci ildə olduğu kimi cavablandırıblar. Rəyi soruşulanların üçdə biri yola saldığımız ili «çox yaxşı» və ya «yaxşı», 45%-i «orta», qalan 21%-i isə «pis» və ya «çox pis» qiymətləndiriblər. Nisbi xəta nəzərə alınmaqla demək olar ki, cavablar ötənilki kimi paylaşıb.

Paytaxt əhalisinin sosial gözləntilərində də təxminən eyni vəziyyət hökm sürür. Başqa sözlə, 2009-cu il onlar üçün bütövlükdə pis keçməyib və bakılılar nikbinliklərini qoruyub saxlayırlar.

Bu isə təbiidir, çünki statistika göstərir ki, dünya maliyyə böhranı Azərbaycana çox az təsir edib.

Respondentlərdən Pələng ilini hansı hisslərlə qarşıladıqlarını soruşduqda, onların təxminən yarısı «daha çox müsbət əhval-ruhiyyə ilə, nikbinliklə» cavabını verib. Daha 34% «Xüsusi ruh yüksəkliyim olmasa da, mənfi hisslərim də yoxdur» alternativini seçib. Rəyi soruşulanların cəmi onda biri 2010-cu ili «daha çox mənfi əhval-ruhiyyə ilə qarşıladığını qeyd edib.

Təxminən 7% isə cavab verməkdə çətinlik çəkib.

Yeri gəlmişkən, bir çox paytaxt sakini (42%) üçün yola saldığımız il, heç nəyə baxmayaraq, əvvəlki ildən yaxşı keçib, 35% üçün - əvvəlki ildə olduğu kimi, dörddə biri üçün isə 2008-ci ildən pis olub. 

Bakılılar özlərinin həyat səviyyəsinin pisləşməsini gözləmirlər: 50% respondent 2010-cu ildə yaxşılığa doğru dəyişikliyin olacağınqı proqnozlaşdır, 15% hər şeyin olduğu kimi qalacağını düşünür və cəmi 5% bədbin ruhda köklənib.

Göründüyü kimi dinamika müsbətdir. Başqa sözlə, qlobal böhran şəraitində dünyada və ölkəmizdə baş verənlərin  müqayisəsi Azərbaycanın xeyrinə yekunlaşır.

Bu nəticəni həmçinin bakılıların ölkənin gələcəyini müsbət qiymətləndirməsi faktı da təsdiqləyir. 2010-cu ilin Azərbaycan üçün daha yaxşı olacağını hesab edənlərin xüsusi çəkisi artaraq 36%-dən 60%-ə çatıb. Bu isə dünya böhranına baxmayaraq ölkəmizdə pozitiv gözləntilərin böyük artımından xəbər verir.

 

Sorğu zamanı o da məlum olub ki, Bakı sakinlərinin əksəriyyəti (68%) Yeni İli bayram etmək fikrindədir, daha 15% isə sorğu keçirilən vaxtdadək bayramı keçirib-keçirməyəcəyi barədə qərar verməmişdi. Ənənəyə uyğun olaraq, paytaxt əhalisinin əksər hissəsi (84%) bayramı öz evlərində qeyd edəcək, 6% qonaq gedəcək. Rəyi soruşulanlar arasında bayramı restoranda qeyd etmək fikrində olanlar cəmi 4%, xarici səyahətə yollanmağa hazırlaşanlar isə 1%-dən də az olub. 

17% -i isə, umumiyyətlə Yeni İli qeyd etməyə hazırlaşmırdı.

Sorğunun nəticələri göstərir ki, bakılıların 39%-i bayrama 100 manatdan çox vəsait sərf etmək fikrində deyil, lakin 17% bu məqsədlə 300 manatadək xərcləməyi düşünür,

4% isə hətta 300 manatdan da çox bayram məsrəfinə yol verməyə hazırdır.

Yeni İl tətillərinin necə keçirilməsinə gəldikdə isə, Bakı sakinləri bu məsələdə daha konservativ görünürlər. Onların əksəriyyəti (78%) evdə istirahət etməyə və ya yığılıb qalmış ev işləri ilə məşğul olmağa üstünlük verir. Cəmi 8% isə bayram günlərini rayonlarda keçirmək fikrindədir. Nəhayət, paytaxt əhalisi arasında müxtəlif səbəblərdən bayram tətillərini işdə keçirməli olanlar da var.

QEYD: sorğu yaşayış yeri üzrə «üzbəüz müsahibə» metodu ilə yaşı 18 və yuxarı olan 700 Bakı sakini arasında keçirilib. Nisbi xəta 3,5 faizdən çox deyil.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.