Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 24.05.2008 - PREZIDENTLİK YARIŞI: FAVORİT MƏLUMDUR

24.05.2008          

            Ümumrespublika sorğusu “Rəy” Monitorinq Mərkəzi tərəfindən 8-14 may 2008-ci il tarixlərində aparılmışdır. Respublikanın 28 yaşayış məntəqəsində, həmçinin Bakı və Sumqayıt şəhərlərində 18 və yuxarı yaşlı 1400-ədək respondent ”üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilmişdir. Tədqiqat işğal olunmuş rayonlar və Naxçıvan istisna olmaqla ölkənin bütün bölgələrini əhatə etmişdir.

Statistik nisbi xəta -3%.

Seçki marafonu hələ başlamayıb, amma qalib artıq məlumdur?

15 oktyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərinə hələ kifəyət qədər vaxt qalmasına və ölkənin yay istirahəti ərəfəsində olmasına baxmayaraq, qeyri-rəsmi seçki marafonu artıq start götürmüşdür. Siyasətçilərin bəziləri bu seçkilərdə iştirakın zəruriliyini izah etmək üçün qarşılıqlı ittihamlar və müxtəlif dəlillərlə çıxış edir, digərləri eyni canfəşanlıqla boykot tələbi, bir qismi namizəd irəli sürür və ya əməkdaşlıq və vahid namizədin irəli sürülməsi istiqamətində növbəti danışıqlar aparır və s.

Bəs, gələcək prezident seçkiləri ilə bağlı ictimai ümidlər necədir?

“Rəy” Monitoinq Mərkəzinin sorğusuna əsasən, respondentlərin böyük əksəriyyətinin bu seçkilərdə iştirak edəcəklərini söyləmək olar. Özü də, Bakı sakinlərinin davranışı daha maraqlı görünür: onların arasında seçkilərdə iştirak edəcəyini bildirənlər də çoxdur, səsverməyə getməyəcəyini deyənlər də.

“ƏGƏR PREZİDENT SEÇKİLƏRİ BU BAZAR GÜNÜ KEÇİRİLƏRSƏ, SİZ BU SEÇKİLƏRDƏ İŞTİRAK EDƏCƏKSİNİZMİ?”

·         66% - bəli, əlbəttə

·         17% - ola bilsin ki, iştirak etdim

·          2% - ola bilsin ki, iştirak etmədim

·         12% - xeyr

·         3% - cavab verməkdə çətinlik çəkirəm

Aydındır ki, bu rəqəmləri qəti proqnoz kimi qəbul etmək olmaz: təcrübə göstərir ki, seçicilərin güman edilən sayı və reallıq arasında həmişə fərq olur.

Bu konteksdə respondentlərin Azərbaycanda keçirilmiş əvvəlki seçkilərdə nə dərəcədə fəal olmaları haqda suala verilən cavablar da maraqlıdır.

“SİZ ƏVVƏLLƏR AZƏRBAYCANDA KEÇİRİLMİŞ PREZİDENT VƏ YAXUD PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMİSİNİZMİ?”

·         61% - bəli, hər ikisində

·         12% - bəli, yalnız prezident seçkilərində

·         6%-  bəli, yalnız parlament seçkilərində

·         19% - xeyr, heç birində

·         2% - cavab verməkdə çətinlik çəkirəm

Sorğunun nəticələri göstərir ki, seçicilərin növbəti seçkilərin demokratikliyinə ümidləri böyükdür: respondentlərin 43% hesab edir ki, seçkilər demokratik keçəcək, 28% isə seçkilərin yəqin ki, demokratik keçəcəyini düşünür.

Bir sözlə, bu proqnoz ürəkaçandır, bir “əmma” olmasa – seçkilərin demokratik keçirilib-keçirilməyəcəyinə dair suala mənfi cavab verən, cavab verməkdə çətinlik çəkən, yaxud bu “ola bilsin ki, yox” cavabını verənlər 29% təşkil edir ki, bu da kiçik göstərici deyil.

“SİZCƏ, 2008-Cİ İLİN PREZİDENT SEÇKİLƏRİ DEMOKRATİK OLACAQMI?”

·         43% - bəli

·         28% - ola bilsin ki, demokratik oldu

·         5% -  ola bilsin ki, demokratik olmadı

·         9% -  xeyr

·         15% - cavab verməkdə çətinlik çəkirəm

Potensial namizədlərə gəldikdə, “Rəy” Monitorinq Mərkəzinin sorğusu təsdiq edir ki, seçki marafonunun şəksiz favoriti prezident İlham Əliyevdir. Onun elektoral reytinqi (“Prezident seçkiləri bu bazar günü keçirilərsə, Siz kimə səs verərdiniz?”) 70% təşkil edir, bu isə seçkilərdə onun qələbəsini artıqlaması ilə təmin edir (alternativ namizədlərin heç biri səslərin zəruri minimal sayını toplaya bilməmişdir: bu rəqəmlər hesablamanın nisbi xətasından da azdır).

Respondentlərin 56%-i hesab edir ki, 2008-ci il seçkilərində prezident İlham Əliyevə alternativ yoxdur. Rəyi soruşulanların 16%-i də suala oxşar cavab (“yəqin ki, alternativ yoxdur”) vermişlər. Bu fikirlə razılaşmayaraq, hazırkı dövlət başçısına rəqib görənlər isə 14% təşkil etmişdir. Daha 5%-i isə qəti şəkildə bildirməsə də, ”yəqin ki, alternativ var” cavabını seçmişlər. Respondentlərin 9%-i  sualı cavablandırmaqda çətinlik çəkmişlər.

«Azərbaycanın maraqlarına daha çox nə uyğundur: İlham Əliyevin Azərbaycanın prezidenti vəzifəsində qalması, yaxud onun bu vəzifədən getməsi?» sualına verilən cavablar da iqtidar üçün nikbinliyə əsas verir: «Vəzifəsində qalsın» cavabını  respondentlərin 83%-i seçib.

Bu isə o deməkdir ki, əgər seçki gününədək hazırkı vəziyyət dəyişməsə və qeyri-adi heç nə baş verməzsə - İlham Əliyev qalib gələcək.

Sorğu həmçinin potensial seçicilərin seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakına da bədbin münasibətini ortaya çıxarıb. Respondentlərin 18%-nin fikrincə, beynəlxalq müşahidəçilərin fəaliyyətinin kökündə Qərbə və Azərbaycanı tənqid edən təşkilatlara sərf edən siyasi oyun durur. 27% düşünür ki, müşahidəçilərin iştirakı ümumiyyətlə heç nəyə təsir göstərmir. 32% isə hesab edir ki, müşahidəçilər tərəfindən seçkilərin monitorinqi seçkiqabağı mübarizənin sivil şəkildə aparılmasına və səslərin düzgün hesablanmasına şərait yaradır. Maraqlıdır ki, rəyi soruşulanların 24%-i bu suala cavab verməkdə çətinlik çəkmişlər.

Müxalifətin vahid namizədi:

nağıl reallaşa bilərmi?

Hətta siyasətdən uzaq olanlar anlayırlar ki, müxalifət qüvvələrinin birləşməsi onların seçkilərdəki şansını artıra bilər. Lakin indiyədək həmrəylik nümayiş etdirməyi bacarmayan müxalifət, ən həlledici məqamlarda da bir araya gələ bilmir.

Görəsən, niyə?

“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi sorğunun əsas məqsədlərindən biri də, məhz bu suala cavab tapmaq idi. Və sorğu göstərdi ki, seçicilərin müxalifətin bu cür davranışına öz izahları var.

Anketin “NƏ ÜÇÜN MÜXALİFƏT BİR DƏFƏ DƏ OLSUN BİRLƏŞƏ BİLMƏYİIB?”sualına verilən cavabların bölüşdürülməsi aşağıdakı kimidir:

·         26% -   müxalifətə şəxsi ambisiyalar mane olur

·         35% - bizdə əsl müxalifət yoxdur, onlar əcnəbilərin əllərində “oyuncaqdır ”

·         12% - hökumət müxalifətin neytrallaşdırılması istiqamətində düşünülmüş “oyun” aparır

·         1%- başqa variant

·         27%- cavab verməkdə çətinlik çəkirəm

Diqqət yetirin: cavab verməkdə çətinlik çəkənlərin sayı kifayət qədər çox olsa da, “başqa variant” alternativini seçən olmayıb. Bu isə o deməkdir ki, tədqiqatçıların respondentlərə  təklif etdiyi cavab variantları, ictimaiyyətdə hökm sürən rəylə üst-üstə düşür.

Bundan əlavə, respondentlərin böyük əksəriyyəti müxalifətin pərakəndəliyi, onun, hətta, ən vacib məqamlarda belə birləşmək istəməməsi, və ya, bunu bacarmamasını hökumətin “hiylə”si ilə deyil, daxili səbəblərlə - ambisiyalarla və müxalifətin xarici təzyiqlər qarşısındakı acizliyi ilə əlaqələndiriblər.

Bu mənada, ictimai rəyin müxalifətin həmrəyliyinə kifayət qədər bədbin münasibətinə təəccüblənməyə dəyməz. “Müxalifət bu dəfə vahid namizəd irəli sürə biləcəkmi” sualına cavab verən respondentlərin 49%-i – “xeyr” və “yəqin ki, bilməyəcək””, 23%-i isə “bəli” və “yəqin ki, biləcək” deyiblər. Qalan 28% isə cavab verməkdə çətinlik çəkib.

Yeri gəlmişkən, rəy sorğusu zamanı müxalifətə birləşməyə mane olan səbəblər və beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakının motivləri haqqında suallar arasında əlaqə aşkar edilmişdir. Müxalifəti “əcnəbilərin əllərin”də oyuncaq hesab edənlərin 45%-i, məhz beynəlxalq müşahidəçilərin fəaliyyətini Qərbə və Azərbaycanı tənqid edən təşkilatlara sərf edən oyun adlandıranların payına düşür.

Müxalifətin birləşməsinə şəxsi ambisiyaların mane olduğunu düşünən respondentlərin yarısı hesab edir ki, müşahidəçilərin iştirakı “seçkiqabağı mübarizənin sivil şəkildə aparılmasına və səslərin düzgün hesablanmasına” kömək edəcək.

Bu, müxalifətin seçicilərin etimadını itirməsinin sistemli xarakter aldığından xəbər verir.

Bəs, görəsən, müxalifət vahid namizəd ətrafında birləşsəydi və bu namizədin seçilməsi səlahiyyəti respondentlərə verilsəydi, onların seçimi necə olardı? Bu suala cavab sərbəst xarakterli olub, yəni, respondentə müxalifətdən istənilən namizədin adını çəkmək imkanı verilib.

“ƏGƏR MÜXALİFƏTİN VAHİD NAMİZƏDİNİN İRƏLİ SÜRÜLMƏSI SİZDƏN ASILI OLARSA, BU HALDA KİMİN NAMİZƏDLİYİNİ TƏKLİF EDƏRDİNİZ?”

·         10%- Lalə Şövkət Hacıyeva

·          5% - İsa Qəmbər

·         4% - Etibar Məmmədov

·         4% - Eldar Namazov

·         3% - Rəsul Quliyev

·         65%- heç kimin namizədliyini irəli sürməzdim

Xüsusilə qeyd etmək lazımdır ki, bu adları çəkən respondentlərin faizi, heç də həmin siyasətçilərin elektoral reytinqi deyil. Xatırladaq ki, respondentlərə “prezident seçkiləri bu bazar günü keçirilsəydi, siz hansı namizədə səs verərdiniz?”sualı verilərkən, bu siyasətçilərdən heç biri 3%-dən artıq səs toplaya bilməyib.

Ən maraqlısı isə odur ki, vahid namizəd kimi ad çəkmək təklifi alan respondentlərin böyük səkəriyyəti – təxminən, 65%-i belə bir namizəd görmür.

Daha doğrusu, ictimai rəy nağılın gerçək olacağına, yəni, müxalifətin vahid namizəd irəli sürə biləcəyinə şübhə edir. Bu kədərli nəticənin əsas günahkarı elə müxalifətin özüdür.

Bu, müxalifətin əsas namizədlərinin prezident yarışında heç bir şanslarının olmaması anlamınamı gəlir? Əfsus ki, bu belədir. Və sorğunun materallarına əsasən deyə bilərik ki, problem inzibati ehtiyatlarda və hökumətin təzyiqlərində deyil, müxalifətin özünün kursunun yanlışlığındadır.

Bu gün cəmiyyətin müxalifətə etimadı prezidentlik yarışmasında qalib olmaq üçün kifəyət deyil. Lakin bu, hələ seçkilərin sürprizlərdən və problemlərdən xali olmasına təminat vermir.

 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.