Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 06.07.2009 - PREZİDENTİN REYTİNQİ

06.07.2009

«Rəy» Monitorinq Mərkəzinin 2009-cu il iyunun 24-26-da Bakıda keçirdiyi ictimai rəy sorğusunun nəticələri. «Üz-üzə» müsahibə metodu ilə keçirilən sorğuya 18 və yuxarı yaşlı 700 nəfərdən çox respondent cəlb edilib. Statistik nisbi xəta 4%-dən aşağıdır.

*  *  *

Sorğuda iştirak edənlərin əksəriyyəti hesab edir ki, bütövlükdə Azərbaycanda proseslər düzgünistinamətdə inkişaf edir. Respondentlərin 60%-ə yaxını məhz bu fikirdədir.

Onlardan 35%-i hazırki kursun düzgün seçildiyinə birmənalı olaraq əmindirlər, 24%-i isə hesab edirlər ki, ölkə «çox güman ki» düzgün istiqamətdə inkişaf edir.

Rəyi soruşulanların 11%-i proseslərin «çox güman ki, yanlış», 9%-i isə birmənalı olaraq «yanlış» istiqamətdə inkişaf etdiyini düşünür.

 

Respondentlərin 22%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğunun nəticələri göstərir ki, bakılılar Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirirlər: respondentlər bu fəaliyyəti 5 ballıq şkala üzrə 4,2 balla qiymətləndiriblər.

Ümumilikdə, rəyi soruşulanların 80%-i prezidentin fəaliyyətini təqdir edir (cəmi 5%-i fərqli düşünür, 15% isə sualı cavablandırmaqda çətinlik çəkir)

Prezident İ.Əliyevə alternativ görməyənlərin sayı sabit qalır  - rəyi soruşulanların 74%-i bu fikirdədir.

Xatırladaq ki, ötən prezident seçkiləri ərəfəsində bu göstərici 73% idi.

Yalnız 10%-dən bir qədər artıq respondent hesab edir ki, İ. Əliyevə alternativ var.

«İ.Əliyev Sizin kimi insanların maraqlarını təmsil edirmi?» sualını cavablandırarkən rəyi soruşulanların 60%-i «təmsil edir» və «demək olar ki, təmsil edir» cavablarını seçiblər.

Cəmi 8,7% respondent birmənalı olaraq hesab edir ki, İ. Əliyev onların maraqlarını təmsil etmir, 16,6% isə düşünür ki, «demək olar ki, təmsil etmir».

Prezidentə etimad indeksi də yüksəkdir - respondentlərin 78%-i İ.Əliyevə etibar edir.

Sorğuda iştirak edənlərin 38% ona tam etibar etdiyini, 40% isə «əsasən» etibar etdiyini bildiriblər.

Yalnız 12% respondent ölkə başçısına tamamilə və ya əsasən etibar etmədiyini bildiriblər.

Bu zaman, İ.Əliyevə tamamilə etibar etməyənlər respondentlərin cəmi 3,8%-ni təşkil edib.

Qeyd edək ki, Bakı şəhəri üzrə göstəricilər ictimai rəyin aşağı həddi hesab oluna bilər, çünki ümumilikdə ölkə üzrə nikbinlik, ən azı, 10% çox olur.

Bu da onunla bağlıdır ki, paytaxt sakinləri daha çox məlumatlı və siyasiləşmiş, fikirlərinin ifadəsi zamanı sərbəst olurlar və proseslərə bir qədər tənqidi yanaşırlar.

Respondentlərdən insanların İ. Əliyevə nə üçün etibar etdiyini soruşduqda, onların üçdə biri aşağıdakı cavab variantını seçiblər: «Onlar əmin olublar ki, İ. Əliyev ölkənin problemlərinin öhdəsindən uğurla gəlir».

Eyni sayda respondent «insanlar əmindirlər ki, İ. Əliyev gələcəkdə problemləri uğurla həll edəcək» cavabını seçib.

Rəyi soruşulanların üçdə birindən bir qədər az hissəsi «güvəniləcək başqa heç kimi görmədiklərini» bildirib.

Sorğu anketinə həmçinin «İ. Əliyev Sizdə hansı hissləri doğurur?» sualı da daxil edilmişdi.

Məlum oldu ki, ölkə başçısı respondentlərin əksəriyyətində müsbət hisslər yaradır:

ümid - 66%,

etibar - 47%,

hörmət - 28%

rəğbət - 23%.

Hərçənd, onun neqativ emosiyalar (məyyusluq, etimadsızlıq, antipatiya, laqeydlik, qınaq və s.) doğurduğu insanlar da var.

Lakin onların sayı çox azdır, pozitiv emosiyaların neqativ hisslərə nisbəti müvafiq olaraq 177:12-yədir.

Respondentlər Prezident İ.Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirərkən də eyni vəziyyət müşahidə olunub.

Rəyi soruşulanların əksəriyyəti Prezidentin aşağıdakı keyfiyyətlərə malik olduğunu vurğulayıb:

intellekt - 71%,

fəallıq - 43%,

peşəkarlıq - 33%,

cəsarət və qətiyyətlilik - 32% və s.

Doğrudur, neqativ xüsusiyyətlər (prezidentin xalqdan uzaqlaşdığını və onun dərd-sərini başa düşmədiyini, passiv olduğunu, qeyri-peşəkar olduğunu və s.) qeyd edənlər də var. Bununla belə müsbət keyfiyyətlərin mənfilərə olan nisbəti aşağıdakı kimi formalaşıb: 208:40.

Qeyd edək ki, sorğu zamanı elektoratın rəğbətinin davamlılığı da yoxlanılıb. 2008-ci il prezident seçkilərində iştirak etmiş respondentlərə «Prezident seçkiləri indii keçirilsəydi, seçiminizi dəyişərdinizmi?» sualı ilə müraciət olunub.

Məlum olub ki, ötən il İlham Əliyevə səs vermiş insanların 93%-i öz seçimində qətidir və qərarını dəyişmək fikrində deyil.

Seçimini dəyişmək fikrində olanların sayı isə çox azdır - cəmi 0,4%.

Lakin bəzi gözlənilməz məqamlar da var: prezident seçkilərində başqa namizədlərə səs vermiş respondentlər arasında indi də öz seçimində qaldıqlarını qeyd edənlər cəmi 41% təşkil edib.

Yerdə qalan respondentlərin 27,3%-I bildiriblər ki, seçkilər indi keçirilsəydi, ümumiyyətlə səsverməyə getməzdilər, 10%-ə yaxını isə səsverməyə gedib,  İ. Əliyevə səs verərdilər. 

Bu isə o deməkdir ki, Prezidentin tərəfdarları öz siyasi simpatiyalarında daha stabildirlər, nəinki onun opponentləri.

Sorğu zamanı respondentlərə həmçinin Azərbaycan üçün ən aktual olan üç problemi göstərmək təklif olunub.

Respondentlərin 65%-i Dağlıq Qarabağ münaqişəsini, 45%-i işsizliyi, 22%-i korrupsiya və rüşvətxorluğu, 14%-i sosial rifah halının yüksəldilməsi problemlərini, daha 14%-i iqtisadi böhran və bahalığı, 8%-i təhsil problemlərini, 3-i kommunal problemləri, səhiyyə problemlərini, mənzil problemlərini, dövlət qulluqçularının səriştəsizliyini göstərib. 

Diqqət yetirsək görərik ki, dünya iqtisadi böhranının birbaşa təsirini cəmi 14% respondent qeyd edib.

 

«Həyatda daha çox nədən qorxursunuz?» sualına cavabda isə 44% ciddi xəstəlik və zədələrdən qorxduğunu göstərib.

Təxminən 25% respondent maliyyə problemlərindən və o qədəri də ailədə və yaxın qohumlararasında narahatlıqdan, 20% tənhalıqdan, 17% bölgədə hərbi münaqişədən, 16% iş yeriniitirməkdən və işsizlikdən, 11% evsiz-eşiksiz qalmaqdan, 9% ölümdən, 10% isə digərproblemlərdən qorxduğunu bildirib.   

Və sonda, «İ. Əliyev xaricdən олан təzyiqlərə baxmayaraq milli maraqlara cavab verən müstəqilsiyasət yürüdə bilirmi?» sualına rəyi soruşulanların böyük əksəriyyəti «bəli» deyə cavab verib.

Sorğunun nəticələri göstərir ki, İ. Əliyevin həm tərəfdarları, həm də əleyhdarları (38% respondent)etiraf edirlər ki, o, xaricdən təzyiqlərə baxmayaraq hər zaman müstəqil siyasi kurs yürüdə bilir.

Daha 33% isə hesab edir ki, Prezident xarici təzyiqlərə baxmayaraq «prinsipial əhəmiyyət daşıyan məsələlərdə» öz siyasətini yürütməyə müvəffəq olur.

Cəmi 2% hesab edir ki, İ. Əliyev «başqalarının qaydaları ilə oynamağa məcburdur». 10% isə düşünür ki, ölkə başçısı «çox az hallarda öz siyasətini yürüdə bilir»




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.