Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xüsusi Tədqiqatlar -> 18.07.2008 - AZƏRBAYCAN MƏTBUATI BU GÜN: «DAXİLDƏN» VƏ «XARİCDƏN» BAXIŞ

 18.07.2008                                                                                                                          

2008-ci il iyunun sonundan «RƏY» Monitorinq Mərkəzi Azərbaycan Mətbuat Şurasının sifarişi ilə yerli kütləvi informasiya vasitələrinin (KİV) bəzi aktual problemlərinə həsr olunmuş ekspert sorğusu keçirib. Sorğuda ölkənin qəzet və informasiya agentliklərində çalışan təxminən 50 jurnalist və o qədər də politoloq iştirak edib. Sorğu iştirakçılarının məhz bu tərkibdə seçilməsi ekspertlərin milli mətbuatın vəziyyətini həm «daxildən», həm də «xaricdən» öyrənmək istəyi ilə bağlı idi. Və bir qədər qabağa gedərək qeyd edək ki, bu yanaşma özünü doğrultdu, çünki mətbuatın durumunu daha müfəssəl təsvir etməyə imkan yarandı.

Məlum olduğu kimi, sovet ideologiyası dövründə qəzet mütləq «kollektiv təşviqat və təbliğat» vasitəsi olmalı idi. Bəs bu gün mətbuat hansı funksiyaları yerinə yetirməlidir? Anketlərə nəzər salsaq (Cədv. 1)bu məsələdə jurnalistlərlə politoloqlar arasında xüsusi bir fikir ayrılığı görmərik: sorğu iştirakçıları mətbuatın əsas vəzifələrini ilk növbədə məlumat vermək, maarifləndirmək və şərh etməkdə görürlər. Hərçənd, jurnalistlərdən fərqli olaraq, politoloqlar mətbuatın eyni zamanda tərbiyə etməli, təbliğat və təşviqat aparmalı olduğu barədə fikirlərlə o qədər də razı deyillər.  

Cədv. 1

______________________________________________________________________

«SİZCƏ, BİZİM MƏTBUATIN ƏSAS VƏZİFƏLƏRİ NƏDƏN İBARƏTDİR?» (Bir neçə cavab variantı seçmək mümkün idi)

______________________________________________________________________

Jurnalistlər                            Politoloqlar

məlumat vermək                                            81%                                        74%

maarifləndirmək                                             49%                                        35%

şərh etmək                                                      36%                                        44%

təbliğ, təşviq etmək                                        35%                                        22%

tərbiyə etmək                                                 21%                                        4%

 «sövq etmək»                                    13%                                        17%    ______________________________________________________________________

Bəzi qruplararası fərqlər belə bir sakramental suala cavablarda da qeydə alınıb: Azərbaycanda söz azadlığı varmı? Etiraf etmək lazımdır ki, qəzetçilər bu suala politoloqlardan daha optimist cavab veriblər:  «bəli, var» və «yəqin ki, var» cavablarını jurnalistlərin 74%-i, politoloqların isə 54%-i qeyd edib. (Cədv. 2). Başqa sözlə desək, senzuranın olub-olmaması, fikrini sərbəst şəkildə ifadə etmək və yaymaq problemini bilavasitə öz üzərində hiss edən insanlar, vəziyyəti bu prosesi kənardan müşahidə edən politoloqlardan daha müsbət qiymətləndirirlər.

Cədv. 2

______________________________________________________________________

«SİZCƏ AZƏRBAYCANDA SÖZ AZADLIĞI VARMI?»

Jurnalistlər                            Politoloqlar

Bəli, var                                              55%                                        35%

Yəqin ki, var                                      19%                                        17%

Yəqin ki, yoxdur                                9%                                          15%

Xeyr, yoxdur                                      17%                                        33%

______________________________________________________________________

 «Azərbaycanda həqiqi müstəqil və neytral qəzetlər varmı?»  Anketin növbəti sualı məhz belə səslənirdi və məlum oldu ki, ekspertlər vəziyyəti skeptik qiymətləndirirlər: «xeyr» və «yəqin Ki, yox, nəinki nə» cavablarını jurnalistlərin 54%-i politoloqların isə 61%-i qeyd edib.  (cədv.3)

Cədv. 3

______________________________________________________________________

«AZƏRBAYCANDA HƏQİQİ MÜSTƏQİL VƏ NEYTRAL QƏZETLƏR VARMI?»

Jurnalistlər                            Politoloqlar

Bəli, var                                                                     40%                                        13%

Yəqin ki, var                                                              6%                                          26%

Yəqin ki, yoxdur                                                        14%                                        26%

Xeyr, yoxdur                                                             40%                                        35%

______________________________________________________________________

İndi isə o qədər də ürəkaçan olmayan bir məsələyə - jurnalistikamızın keyfiyyətinə nəzər salaq. Məlum olduğu kimi, bu gün belə bir qiymətləndirməyə tez-tez rast gəlinir: Azərbaycanda peşəkar jurnalistlər var, lakin peşəkar jurnalistika yoxdur. Ekspertlər bununla razıdırlarmı? Təəssüf ki, politoloqların 61%-i bu fikirlə «razı» və ya «qismən razı»dır. Hərçənd jurnalistlər arasında bu fikri dəstəkləyənlər cəmi 35% təşkil edir. Başqa sözlə, jurnalistikanın keyfiyyətini «kənardan» daha pis qiymətləndirirlər, nəinki «daxildən». (Cədv. 4).

Cədv.4

______________________________________________________________________

«BU GÜN «AZƏRBAYCANDA PEŞƏKAR JURNALİSTLƏR VAR, LAKİN PEŞƏKAR JURNALİSTİKA YOXDUR» FİKRİ TEZ-TEZ SƏSLƏNİR. BU FİKİRLƏ RAZISINIZMI?»

Jurnalistlər                                                    Politoloqlar

27% - bəli, razıyam                                        29% - bəli, razıyam

8% - qismən razıyam                                     32% - qismən razıyam

4% - qismən razı deyiləm                               6% - qismən razı deyiləm

56% - xeyr, razı deyiləm                                26% - xeyr, razı deyiləm

5% - bizdə onların heç biri yoxdur                 7% - bizdə onların heç biri yoxdur

______________________________________________________________________

Yəqin ki, ictimai-siyasi mövzuları işıqlandıran jurnalistlərin «şifahi portreti» də məhz yuxarıdakı qiymətləndirmə və özünüqiymətləndirmənin məntiqi davamıdır. Buna görə də anketin növbəti sualı belə qoyulmuşdu: Bizim jurnalistləri daha dolğun xarakterizə edən üç termin hansılardır? Politoloqların fikrincə, burada daha çox «siyasiləşmiş şəxslər» (44%), «diletantlar» (32%) və ... «hadisələri qərəzsiz işıqlandıranlar» (20%) terminlərinin istifadəsi yerinə düşər. Jurnalistlərin özləri isə belə bir avtoportret cızıblar: «öz işinin peşəkarları» (34%), «prinsipial həqiqət tərəfdarları» (26%) və ... «siyasiləşmiş şəxslər» (25%). (Cədv. 5)

Cədv. 5

______________________________________________________________________

«İCTİMAİ-SİYASİ MÖVZULARDA YAZAN JURNALİSTLƏRİMİZİ DAHA DOLĞUN XARAKTERİZƏ EDƏN ÜÇ TERMİN HANSILARDIR?»

   Jurnalistlər                            Politoloqlar

Öz işinin peşəkarları                                       34%                                        22%

Prinsipial həqiqət tərəfdarları                          26%                                        13%

Siyasiləşmiş şəxslər                                        25%                                        44%

Pul hər şeyi həll edir prinsipilə yaşayanlar     19%                                        17%

Hadisələri qərəzsiz işıqlandıranlar                  17%                                        20%

Müstəqil və azadlıqsevər insanlar                   15%                                        13%

Geniş erudisiyalı, savadlı insanlar                  13%                                        17%

Diletantlar                                                      9%                                          32%

______________________________________________________________________

Aydındır ki, politoloqların yaratdığı o qədər də xoş olmayan obraz yaxşı təsir bağışlamır. Ümid edək ki, onlar bu fikirlərində yanılırlar. Lakin, görünür, güzgüdən inciməyə dəyməz....

Diqqət yetirin! «siyasi qulluqda duran» qəzetlərin bazardakı payını həm politoloq, həm də jurnalistlər təxminən eyni göstərir və bu rəqəm çox böyükdür. (Cədv 6)

Cədv. 6

______________________________________________________________________

«BƏZİLƏRİ HESAB EDİRLƏR Kİ, BU GÜN HƏQİQİ MÜSTƏQİL QƏZET NƏŞR ETMƏK ÇOX ÇƏTİNDİR VƏ HƏR ŞEYİ ÖZ ADI İLƏ ÇAĞIRSAQ, QƏZETLƏR «SİYASİ QULLUQDA DURURLAR». SİZCƏ, BİZİM QƏZETLƏRİN TƏXMİNƏN NƏ QƏDƏRİ SİYASİ XİDMƏT GÖSTƏRMƏKLƏ MƏŞĞULDUR?»

Jurnalistlər                            Politoloqlar

83%                                                   82%

______________________________________________________________________

 

Anketin son sualları qarşıdan gələn seçki kampaniyası ilə bağlı idi. Məlum olduğu kimi, seçkilər ərəfəsində ehtiraslar qızışır və bir çox qəzetçilər öz yazılarında namizədlərin ünvanına nalayiq ifadələr işlətməkdən çəkinmir, obyektivlikdən uzaqlaşır və bir sözlə, heç də doğru yolla getmirlər. Belə halların qarşısını almaq üçün jurnalistlər adətən preventiv addım kimi öz həmkarlarını «Jurnalistlərin peşə etikası məcəlləsi»nə müraciət etməyə çağırırlar. Lakin bu da kömək etmir. Hətta bu sənədə imza atanların özləri belə onun tələblərini pozurlar. Bu vəziyyət 2008-ci ildə də təkrarlanacaqmı? Anketin son sualı təxminən belə qoyulmuşdu və məlum oldu ki, ekspertlər o qədər də nikbin deyillər: Jurnalistlərin üçdə biri (76%) və politoloqların təxminən o qədəri (70%) bu il vəziyyətin dəyişəcəyinə ümid etmirlər. Bu səbəbdən onlar «bəli, təkrarlanacaq» və «yəqin ki, təkrarlanacaq» cavablarını veriblər. (Cədv.7) Bu mənada təəccüblü deyil ki, ekspertlərin fikrincə, seçkidən seçkiyə bu Məcəlləyə riayət edən jurnalistlərin sayı azalır.

 

 

Cədv. 7

______________________________________________________________________

 

«SEÇKİLƏR ƏRƏFƏSİNDƏ JURNALİSTLƏR ADƏTƏN ÖZ HƏMKARLARINI «JURNALİSTLƏRİN PEŞƏ ETİKASI MƏCƏLLƏSİ»NƏ RİAYƏT ETMƏYƏ ÇAĞIRIRLAR. LAKİN HƏTTA BU SƏNƏDƏ İMZA ATANLAR ÖZLƏRİ BELƏ ONUN TƏLƏBLƏRİNİ POZURLAR. BU VƏZİYYƏT 2008-Cİ İLDƏ DƏ TƏKRARLANACAQMI?»

Jurnalistlər                                        Politoloqlar

Bəli, təkrarlanacaq                                          63%                                                    61%

Yəqin ki, təkrarlanacaq                                  13%                                                    9%

Yəqin ki, təkrarlanmayacaq                           6%                                                      4%

Xeyr, təkrarlanmayacaq                                 12%                                                    21%

Cavab verməkdə çətinlik çəkirəm                  6%                                                      5%

______________________________________________________________________

Cədv. 8

______________________________________________________________________

«SİZCƏ SEÇKİDƏN SEÇKİYƏ BU MƏCƏLLƏYƏ RİAYƏT EDƏN JURNALİSTLƏRİN SAYI ARTIR, AZALIR, YOXSA DƏYİŞMƏZ QALIR?»

 

Jurnalistlər                                                   Politoloqlar

Artır                                                               9%                                                                 11%

Dəyişməz qalır                                               37%                                                               34%

Azalır                                                             42%                                                               38%    

Cavab verməkdə çətinlik çəkirəm                  12%                                                               17%

 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.