Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
ExitPoll -> 15.10.2008 - Azərbaycanda keçirilən seçkilərdə 42%-ə yaxın seçici səs verib - exit-poll

Azərbaycanda keçirilən seçkilərdə 42%-ə yaxın seçici səs verib - exit-poll

 15.10.2008, 15:56

 

Azərbaycanda keçirilən prezident seçkilərində exit-poll sorğusu aparan «Rəy» Monitorinq Mərkəzinin (MM) məlumatına görə, yerli vaxtla saat 14:00-a seçicilərin 41,7%-i seçkidə iştirak edib. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Mərkəzdən xəbər veriblər.

Məlumata görə, ən böyük aktivlik Fizuli rayonundakı 84 saylı, Xaçmaz rayonundakı 56 saylı və Şirvan rayonundakı 46 saylı seçki məntəqələrində müşahidə olunur.

Qeyd edək ki, seçki məntəqələri səsvermə üçün səhər saat 8-dən 19:00-a qədər açıqdır. Seçkilərlə əlaqədar oktyabrın 15-i qeyri-iş günü elan edilib.

Azərbaycanda seçki hüququ olan 4 mln. 865,002 vətəndaş var. Onların səs verməsi üçün 125 dairə üzrə 5359 məntəqə fəaliyyət göstərir. Daha 33 məntəqə isə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində yaradılıb ki, orada da bütövlükdə 10 mindən çox seçicinin səs verməsi gözlənilir.

Prezidentlik yarışında «Yeni Azərbaycan» Partiyasının sədri, hazırki prezident İlham Əliyev, «Ümid» partiyasının sədri, millət vəkili İqbal Ağazadə, Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, «Müasir Müsavat» partiyasının sədri Hafiz Hacıyev və namizədliyini özü irəli sürən bitərəf namizəd Qulamhüseyn Əlibəyli iştirak edirlər.

         «Rəy» MM 64 seçki dairəsinin 500 məntəqəsində exit-poll keçirir.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.