Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xarici Siyasət -> 22.04.2008 - AZƏRBAYCAN: XALQ ÖZ DIPLOMATLARININ SƏYLƏRINI YÜKSƏK QIYMƏTLƏNDIRIR VƏ ATƏT-IN MINSK QRUPUNA “YOX” DEYIR

22.04.2008

Hesabat “RƏY” Monitorinq Mərkəzinin 2-5 aprel 2008-ci il tarixlərində keçirdiyi ümumrespublika ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yerinə görə 18 və yuxarı yaşlı 1300 nəfər “üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilib.

Nisbi xəta- 3%-dən artıq deyil, bütün 18 və yuxarı yaşlı ölkə əhalisi üçün reprezentativdir.

Xarici siyasətimizin uğurlu və fəal olmağı hamıya məlumdur - bunu yalnız beynəlxalq ekspertlər deyil, erməni ekspertləri də etiraf edirlər. Bəs rəsmi Bakının diplomatiyasını azərbaycanlılar özləri necə qiymətləndirirlər?

Sorğunun nəticələrinin yaratdığı ümumi təəssürat nikbindir, müsbət dinamika açıq-aydın izlənilir. Respondetlərin 47%-i Azərbaycanın düzgün istiqamətdə (2007-ci ilin noyabr ayında 40% belə düşünürdü), 10%-i isə yanlış istiqamətdə inkişaf etdiyini düşünür (bu göstərici dəyişməmişdir). 33% ölkənin qismən düzgün, qismən yanlış istiqamətdə inkişaf etdiyini düşünərək ortaq mövqe nümaiş etdiriblər (əvvəllər - 39%). Bir sözlə, “kapitan” ölkəni düzgün istiqamətdə aparır və onu dəstəkləyənlərin sayı get-gedə artır.

Respondentlərə həmçinin Azərbaycanın diplomatik fəallığı haqqında da suallar verilib. Nəticələr burada da müsbət tendensiya olduğunu göstərir. Belə ki, respondentlərin 73%-i xarici siyasətimizi müstəqil və ölkənin maraqlarına cavab verən siyasət kimi (2007-ci ilin dekabr ayında - 68%) qiymətləndirir. Onu qərbpərəst, rusiyapərəst, amerikapərəst, yaxud türkiyəpərəst adlandıranların sayı isə dəyişməyib - 2%-dən 10%-dək.

Məlumdur ki, ictimai rəy heç də hər zaman səriştəli deyil. O cümlədən, xarici siyasət məsələlərində. Çünki bu sahədə fikir yürütmək üçün məlumatlı olmaq və KİV materiallarını izləmək tələb olunur. Lakin söhbət aktual və ağrılı problemlərdən getdiyi halda insanlar obrazlı desək, “ürəkdən” səs verirlər. Diqqət yetirmək lazımdır ki, respondetlərin 70%-i Kosovo məsələsində Azərbaycanın dostlarının və tərəfdaşlarının maraqlarından deyil, ilk növbədə öz maraqlarından çıxış etməli olduğunu düşünür. Başqa sözlə, onlar bu Serbiya əyalətinin müstəqilliyini tanımayan rəsmi Bakını dəstəkləyirlər.

ATƏT-in Minsk qrupuna gəlincə isə, Azərbaycan vətəndaşları onun fəaliyyətindən çox narazıdırlar. Respondentlərin 66%-i qrupa etimad göstərməkdən qəti şəkildə imtina edir, daha 15%-i isə onun obyektivliyinə şübhə ilə yanaşır ( 19% cavab verməkdə çətinlik çəkir ).

Azərbycanla ATƏT-in Minsk qrupu arasında münasibətlərin gələcəyi haqqında danışarkən, yalnız 7% “ hər şeyi olduğu kimi saxlamaq lazımdır- çünki toplananların yerini dəyişəndə cəm dəyişmir ” -deyə düşünür, 29% cavab verməkdə çətinlik çəkib. Bu suala verilən digər cavablar isə aşağıdakı kimi bölüşüb:

   ATƏT-in Minsk qrupundan imtina edərək  danışıqların formatını dəyişmək- 27%

   ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini dəyişmək-24%

   Hər halda nə isə etmək lazımdır, çünki ATƏT-in Minsk qrupunun heç bir faydası yoxdur -12%.

BİR SÖZLƏ “RƏY” MONİTORİNQ MƏRKƏZİNİN APARDIĞI TƏDQİQAT GÖSTƏRİR Kİ, AZƏRBAYCAN ƏHALİSİNİN 81%-İ ATƏT-İN MİNSK QRUPUNUN FƏALİYYƏTİNİ MƏNFİ QİYMƏTLƏNDİRİR. ƏHALİNİN 63%-İ HESAB  EDİR Kİ, ATƏT-İN MİNSK QRUPU ÖZ MİSSİYASININ ÖHDƏSİNDƏN GƏLƏ BİLMİR, ONA ƏVƏZ AXTARMAQ LAZIMDIR.

Bu münasibəti anlamaq çətin deyil: İndiyədək Qarabağ probleminin həllində ciddi və həlledici irəliləyişlər olmayıb və hələ də yoxdur. Respondentlərin 67%-i burada vəziyyətin dəyişmədiyini, 19%- i isə pisləşdiyini düşünür (13% cavab verməkdə çətinlik çəkir). Başqa sözlə, əhalinin ¾-ü bu aktual və ağrılı problemin həllindən narazıdır.

“Rəy” Monitorinq Mərkəzinin apardığı sorğu göstərir ki, Dağlıq Qarabağın mümkün statusu haqqında cəmiyyətdə qətiyyətli əhval-ruhiyyə dominatlıq təşkil edir. “Qarabağ probleminin hansı həll variantı daha düzgündür? ” sualına verilən cavablar aşağıdakı kimidir:

   46% - Azərbaycanın ərazi bütövlüyü  çərçivəsində Dağlıq Qarabağın köhnə, “sovet ” statusuna qayıtmaq

   30% - Dağlıq Qarabağa heç bir xüsusi status verilməsin

   16% - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilsin

   0% - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razılıq verilsin

   0% - Dağlıq Qarabağın müstəqilliyi tanınsın

   2% - başqa

   6% - cavab verməkdə çətinlik çəkir

 

Qarabağ problemini həll edərkən Azərbaycanın hansı yolu seçməsi məsələsinə gəlincə isə, respondentlərin 29%-i hərb, 65%-i sülh yoluna üstünlük vermiş, 6% isə cavab verməkdə çətinlik çəkib.

Bu konteksdə Müdafiə Nazirliyinin martın 4-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş atışma və bu zaman düşmənin itkilərinin bizim itkilərimizi qat-qat üstələməsi haqqında açıqlamasına azərbaycanlıların münasibəti də maraqlıdır. Bu “açıq” sual idi və respondentlər bu hadisəni öz istədikləri kimi dəyərləndirməli idilər. Təhlil göstərdi ki, cəmiyyətdə döyüş ruhu var:

   44% - hesab edir ki, bu hadisə bizim ordumuzun möhkəmlənməsindən xəbər verir

   ( “ bu belə də olmalıdır, bu normaldır ” , “hər şey doğrudur, düşməni məhv etmək lazımdır ”, “ müharibənin öz qanunları var ” , “bizim imkanlarımız bununla məhdudlaşmır” və s.).

   33% - bu cür məlumatlara inanmadığını və yaxud bu hadisələrə mənfi münasibət bəslədiyini bildirmişdir (“heç kim həlak olmamalıdır” , “hər şey deyə bilərlər, axı informasiya müharibəsi gedir” və s.).

   20% - bu haqda məlumatlı olmadığını bildirmişdir (“informasiyanı qaçırmışıq”, “vəziyyəti anlamır və bu haqda heç nə deyə bilmir” və s.).

   3% - başqa  cür düşünür.

Buradaca qeyd edək ki, yuxarıda göstərilən Dağlıq Qarabağın statusu haqqında cavabların formalaşması tendensiyası Tərtər rayonundakı atışmanı necə qiymətləndirməsindən asılı olmayaraq bütün respondent kateqoriyaları üçün xarakterikdir.

Yeri gəlmişkən, qaçqınlar arasında Qarabağ probleminin hərb yolu ilə həlli daha çox dəstəklənir və onlar atışmanı ordumuzun artmaqda olan gücünün və hərbi hazırlığının göstəricisi hesab edirlər- təxminən 53%.

Azərbaycanın NATO ilə münasibətlərinə gəlincə, respondentlər bu təşkilata qəbul olmaqda tələsməyi məqsədəuyğun saymırlar:

   46% - hesab edir ki, NATO ilə gələcəkdə ona üzv olmaq məqsədi ilə əməkdaşlıq etmək lazımdır.

   24% - düşünür ki, NATO ilə ona üzv olmadan əməkdaşlıq etmək lazımdır.

   8% -in rəyinə görə, bu təşkilat Azərbaycanın təhlükəsizliyinə problem yaradır və  onunla əməkdaşlıq etməyə dəyməz

   22% - cavab verməkdə çətinlik çəkib

“Rəy” Monitorinq Mərkəzinin apardığı tədqiqatin gedişində respondentlərə həmçinin BMT Baş Assambleyasının bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyü haqqında qəbul etdiyi qətnamə haqqında da sual verilib. Mütləq əksəriyyət (78%) bu sənədi haqlı olaraq Azərbaycan diplomatiyasının ciddi uğuru hesab edib, 17% isə əksinə - bu sənədin Qarabağ probleminin həllində ciddi rol oynamayacağını bildirib.  5% cavab verməkdə çətinlik çəkib.

BİR SÖZLƏ, AZƏRBAYCANLILAR  DİPLOMATLARIMIZIN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR.

Sorğu göstərir ki, ölkə vətəndaşları heç də başqasının hesabına yaşamağa meylli deyillər. Azərbaycanın öz problemlərini həll edərkən kimə arxalanması məsələsinə gəlincə, respondentlərin 82%-i (!) hesab etmişdir ki, bu halda Azərbaycan öz gücünə, 14% isə düşünür ki, Azərbaycan dostlarının və müttəfiqlərinın köməyinə güvənməlidir (cavab verməkdə çətinlik çəkənlərin sayının azlığına diqqət yetirək- 4%). Bu isə o deməkdir ki, Azərbaycan ilk növbədə özünə, öz potensialına güvənəcək qədər güclənib - buna şübhə yoxdur.

Və bu tezis ictimai şüurda əsaslı şəkildə möhkəmlənib. Məsələn, AMEA-nın Fəlsəfə institutunun sosioloqlarının məlumatlarına əsasən, 1991-ci ildə Türkiyə azərbaycanlılar üçün ideal olmasa da, hər halda təqlid nümunəsi idi.  Sorğu iştirakçılarının az qala yarısı öz ümid və gözləntilərini bu ölkə ilə əlaqələndirir, hər altı nəfərdən biri isə Türkiyənin “himayəsinə və köməyinə” bel bağlayırdı.  Bu ilin fevral ayının sonlarında isə biz bu sorğunu təkrarladıq.  Məlum oldu ki, hər on nəfərdən birinin rəyinə görə, “bizim ölkə Türkiyəyə dayaqdır”. Bu isə o deməkdir ki, müstəqillik illərində azərbaycanlılar kənarda kömək axtarmaqdan yaxa qurtarıb, ölkənin daxili potensilına, gücünə arxalanmağa başlayıblar. Və diplomatlarımızın uğurları buna növbəti sübutdur.

“Rəy” Monitorinq Mərkəzi




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.