Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xüsusi Tədqiqatlar -> 26.09.2010 - GETDİKCƏ, AZƏRBAYCANLILARIN DAHA ÇOXU 20 YANVAR HADİSƏLƏRİNİ «FACİƏ»dən ÇOX, «TARİXİN QƏHRƏMANLIQ SƏHİFƏSİ» ADLANDIRIR

 

26.09.2010

Məlum olduğu kimi, Azərbaycan yaddaşlarımıza əbədi həkk olunmuş 1990-cı il «Qara yanvar» hadisələrinin növbəti ildönümünü qeyd etməyə hazırlaşır.

Üstündən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin hadisələr cəmiyyətdə birmənalı qiymətləndirilmir: bəziləri o zaman milli faciənin baş verdiyini düşünür, digərləri isə 1990-cı il yanvarın 20-ni milli ruhumuz dirçəliş günü kimi qiymətləndirir və hesab edirlər ki, həmin gün xalqımızın övladları dövlət müstəqilliyimizə nail olmaq üçün canından-qanından belə keçməklə əsl qəhrəmanlıq nümaiş etdirib.

Bəs, bütövlükdə əhalinin bu məsələyə münasibəti necədir?

Bu suala cavab tapmaq məqsədilə «Rəy» Monitorinq Mərkəzi son illərdə bir neçə dəfə sosioloji araşdırma aparıb.

2010-cu il oktyabrın 15-18-də isə növbəti dəfə «omnibus» tipli ictimai rəy sorğusu keçirib.

Sorğu zamanı respondentlər qarşısında yenidən belə sual qoyulub: «Necə hesab edirsiniz, 1990-cı ilin «Qara yanvar»ı milli faciədir, yoxsa xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi?»

Qeyd edək ki, sorğunun keçirilmə dövrü də təsadüfi seçilməyib, çünki həmin günün ərəfəsində və ya ondan bir qədər sonra cəmiyyətdə ehtiraslar yuxarı olur. Bu səbəbdən də sorğunu daha sakit vaxtda keçirmək məqsədəuyğun sayılıb.

Beləliklə, cavablar aşağıdakı şəkildə paylaşıb:

_____________________________________________________________________

NECƏ HESAB EDİRSİNİZ, 1990-CI İLİN «QARA YANVAR»I MİLLİ FACİƏDİR, YOXSA XALQIMIZIN TARİXİNİN QƏHRƏMANLIQ SƏHİFƏSİ?

2010-cu il     2008-ci il       2006-cı il

bu, milli faciədir                                                      59%                63%                68%

bu, tariximizin qəhrəmanlıq səhifəsidir              41%                37%                32%

_____________________________________________________________________

Yeri gəlmişkən, respondentlərin «Qara yanvar»a yanaşmasında onların cinsindən və sosial vəziyyətindən asılı olaraq,fərq ya cüzidir, yaxud da ki, hesablamanın nisbi xətasından çox deyil.

Lakin bu hadisəni tariximizin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirənlərin arasında 35-44 və 45-54 yaş qruplarına aid olan respondentlər çoxluq təşkil edir.

Onların, müvafiq olaraq, 46% və 50%-i məhz belə düşünür.

Diqqət yetirin: birmənalı şəkildə qoyulan sual hansısa ortaq cavab variantını istisna edirdi. Məsələn, bunu həm «milli faciə», həm də «qəhrəmanlıq səhifəsi» adlandırmaq olmazdı. Və sualın belə qoyuluşu məqsədyönlüdü.

Sorğular ərəfəsində keçirdiyimiz pilot tədqiqatları göstərir ki, ortaq cavab variantları vəziyyəti aydın göstərmir. Biz isə bu sualla bağlı ictimai fikirdəki qütbləşmə tendensiyasını qeyd etmək istəyirdik.

Nəticədə meydana çıxmış fikirlərin mənzərəsi bir qədər kobud görünsə də, vəziyyəti daha qabarıq göstərir. Və bu mənzərə təsdiq edir ki, ictimai şüurda sürətlə olmasa da, dəyərlərin yenidən qiymətləndirilməsi gedir.

«Qara yanvar»a münasibətdəki qaçılmaz faciəvi notlar artıq ikinci plana keçir. Milli şüura tədricən başqa tendensiya hakim kəsilir: Azadlıq və Müstəqillik ucuz başa gəlmir!

Üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 və yuxarı yaşlı 1500-ə yaxın respondent cəlb olunub. Tədqiqatın nisbi xətası 3 faizdən artıq deyil.   




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.