Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 07.04.2011 - BAKI SAKİNLƏRİ PREZİDENTİ DƏSTƏKLƏYİR

07.04.2011

Bakı saknlərinin əksəriyyəti Azərbaycan prezidentini dəstəkləyir. Bunu «Rəy»  Monitorinq Mərkəzinin 2011-ci il martın 28-dən 31-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, paytaxt əhalisinin əksəriyyəti (83%) öz səsini hazırki ölkə başçısı İlham Əliyevə verərdi. 

«İlham Əliyev sizin kimi insanların maraqlarını təmin edirmi?» sualını cavablandırarkən, respondentlərin 70%-ə yaxını «bəli» (tam və ya qismən), 11%-i «xeyr», 6%-i isə «yəqin ki, təmin etmir» cavab variantlarını seçib. Bakılıların 65%-ə yaxını isə Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür.

Sorğu həmçinin göstərib ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların yarıdan çoxu (57%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 17% isə «yəqin ki, qatılardım» cavab variantını seçib.

19% isə səsverməyə qatılmaqdan imtina edərdi.

Hesabat 2011-ci il martın 28-dən 31-dək Bakı şəhərində keçirilmiş «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. «Üzbəüz» müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 850 respondent cəlb edilib. Sorğuda nisbi xəta 3,5% təşkil edir. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.