Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 17.05.2011 - «EUROVISION-2011»-DƏKİ QƏLƏBƏMİZ: BAKI SAKİNLƏRİ NƏ DÜŞÜNÜR?

17.05.2011

Məlum olduğu kimi, bu il mayın 14-də Almaniyanın Düseldorf şəhərində keçirilən «Eurovision-2011» beynəlxalq musiqi yarışmasında Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyü 221 bal toplayaraq birinci yeri tutdular. Bununla da Azərbaycan gələn il bu mötəbər yarışı keçirmək hüququ qazandı.

Həmin gecə qələbəni qeyd etmək üçün minlərlə insan Bakının küçələrinə axışmışdı. Bəs, paytaxt sakinləri bu müsabiqəyə, onun gələn il Azərbaycanın paytaxtında təşkil edilməsinə necə münasibət bəsləyirlər? Bu və digər bu kimi suallara cavab tapmaq üçün «Rəy» Monitorinq Mərkəzi 2011-ci il mayın 15-16-da Bakı şəhərində ictimai rəy sorğusu keçirib.

Sorğuda yaşı 18 və yuxarı olan 900 nəfər iştirak edib.

Nisbi xəta 3,4% təşkil edir.

Sorğu göstərib ki, «Eurovision-2011»-in final mərhələsini Bakı əhalisinin 59%-i izləyib.

Paytaxt sakinlərinin təxminən üçdə biri isə canlı yayımı izləyə bilməyib və müsabiqədəki qələbəmiz barədə xəbərlərdən və ya dost-tanışlardan eşidib.

Rəyi soruşulanların 8%-nin bu barədə heç bir məlumatı olmayıb.

Maraqlıdır ki, respondentlərin cəmi 5%-i «Eurovision-2011»-dəki qələbəmiz barədə «Rəy» MM-in intervyuerlərindən eşidib (bu, mərkəzin fəaliyyət göstərdiyi 6 il ərzində qeydə alınan ən kiçik rəqəmdir).

Təxmin edildiyi kimi, müsabiqəyə maraq daha çox 18-24 yaşlı gənclər arasında qeydə alınıb (75%), ən az maraqlananlar isə 60 və yuxarı yaşlı paytaxt sakinləri olub (7%).

O da maraqlıdır ki, bizim cütlüyün təxəllüsləri (El və Niki) asan yadda qalsa da, bakılıların 40%-ə yaxını (əsasən, orta nəsil və yaşlı insanlar) bu adları əminliklə çəkə bilməyib.

Hərçənd gənclərin demək olar ki, 100%-i qalib cütlüyün təxəllüslərini  əzbər bilirdi.

Beləliklə, gələn il bu mötəbər beynəlxalq müsabiqəyə Azərbaycan ev sahibliyi edəcək. Bu isə, məlum olduğu kimi, heç də ucuz başa gəlmir («Eurovision-2011» təxminən 50 mln. avroya başa gəlib).

Bəs Bakı əhalisi bu tədbirə külli miqdarda vəsaitin xərcləməsinə necə baxır?

Respondentlərin əksəriyyətinin fikrincə, «Eurovision»un Azərbaycanda keçirilməsi təkcə əhəmiyyətli mədəniyyət hadisəsi deyil, həm də dünyanı ölkəmizlə tanış etmək üçün daha bir əlverişli fürsətdir. Bu səbəbdən 63% əhali müsabiqəyə külli miqdarda xərc çəkməyi məqbul sayır.

Rəyi soruşulanların cəmi 13%-i bunun əksini düşünür - onların fikrincə, indiki mərhələdə belə böyük məsrəflərə yol vermək düzgün deyil.

Qeyd edək ki, müsabiqənin Azərbaycanda keçirilməsinin tərəfdarları əsasən 18-24 yaşlı, təhsilli və təminatlı gənclərdir, buna böyük məbləğdə vəsait xərcləməyin əleyhdarları isə yaşı 50-dən yuxarı olan aztəminatlı paytaxt sakinləridir. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.