Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 03.06.2011 - BAKI SAKİNLƏRİ YAY TƏTİLİNƏ HAZIRLAŞIR

03.06.2011

Havanın hərarəti günbəgün artır. Bu isə o deməkdir ki, yay tətilinə az qalıb. Bəs Bakı sakinlərinin məzuniyyətlə bağlı planları nədir, onlar harada və necə istirahət etməyi düşünürlər?

Bütün bu suallara cavab tapmaq məqsədilə «Rəy» Monitorinq Mərkəzi 2011-ci il mayın 18-dən 22-dək Bakı şəhərində ictmai rəy sorğusu keçirib.

Məlum olub ki, respondentlərin təxminən yarısı (49%) yay məzuniyyətini necə keçirəcəyinə hələ qərar verməyib.

Daha 15% bağda istirahət etmək fikrindədir.

Təxminən bir o qədər respondent (14%) isə xaricə və ya ölkənin rayonlarına səyahət etməyi planlaşdırır.

 Evdə qalaraq yalnız hərdən bir çimərliyə getmək istəyənlər rəyi soruşulanların 22%-ni təşkil edib.

Lakin bu, ümumi məlumatlardır. Sorğu göstərib ki, paytaxtın işləyən əhalisinin nisbətən fəal hissəsi, yəni özəl müəssisələrdə çalışan 28-45 yaşlı sakinlərin əksəriyyəti, daha dəqiq desək, 75%-i artıq nə vaxt, harada və kiminlə istirahət edəcəyini özü üçün müəyyənləşdirib.

Söhbət əsasən xaricə səyahətdən gedir.

Yeri gəlmişkən, yay tətilində Bakını tərk edən insanların böyük hissəsi (əsasən gənclər) qısamüddətli istirahətə üstünlük verirlər. Bir çoxlarına (52%) cəmi iki həftə istirahət kifayət edir, daha 32%-ni isə bundan da az müddət (3-4 gün) belə qane edir. Əgər bayram günlərində imkan yaranarsa, onlar rayonlara və ya yaxın xaricə (məsələn, elə may bayramlarında qonşu Gürcüstana) yollanmaqdan imtina etməzdilər.

Ötən il yay məzuniyyətini Bakıdan kənarda keçirməyə müvəffəq olan respondentlərin böyük hissəsi (71%) öz istirahətlərindən razı qalıblar.

Hərçənd, daha çox tətilini xaricdə keçirənlər razılıq edirlər: ötən il ölkədən kənarda istirahət edənlərin 92%-i bundan məmnun olduqlarını dediyi halda, rayonlara üz tutanların içərisində istirahətindən razı qalanların sayı cəmi 61% təşkil edir.

Respondentlərin digər kateqoriyaları içərisində məzuniyyətini necə istifadə etməsindən məmnun olanların sayı xeyli azdır: tətili evdə keçirənlərin hər üç nəfərindən biri, bağda istirahət edənlərin isə iki nəfərindən biri bundan razı qalıb. Rayonlara səfər edən paytaxt sakinlərinin narazı qalmasına əsas səbəb kimi bölgələrdə xidmət keyfiyyətinin aşağı olması və bahalıq göstərilir (89%).

Xarici səyahətlərə üstünlük verən 35 yaşadək bakılıların arasında tətili Avropada keçirmək dəbdə olduğu halda (42%), onlardan bir qədər yaşlı nəsil (xüsusən də uşaqlılar) çoxdan sınaqdan çıxmış Türkiyə variantına üstünlük verirlər (56%).

Əgər birincilər səyahət marşrutlarını və ölkələrini dəyişməklə təəssüratlarını yeniləməyə çalışırlarsa, ikincilər «artıq tamah baş yarar» deyib Türkiyə sahillərinə sadiq qalırlar.

Yeri gəlmişkən, qeyd edək ki, hər iki kateqoriyaya aid respondentlər (37%) bir çox hallarda istirahətə dost-tanışlarla yollanmağı xoşlayırlar.

İstirahət yerini seçərkən gənclər daha çox İnternetdən istifadə edir (79%), orta nəsil isə dost-tanışların və qohumlarının tövsiyyələrinə və şəxsi təcrübəyə üstünlük verir (64%).

Əvvəllər olduğu kimi, tədqiqata yalnız işləyən sakinlər cəlb edilib. Sorğu yaşayış yeri üzrə «üzbəüz müsahibə» metodu ilə keçirilib. Sualları 18 və yuxarı yaşlı 1000 nəfərə yaxın respondent cavablandırıb. Nisbi xəta 3,5%-dən artıq deyil. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.