Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 30.06.2011 - BAKI SAKİNLƏRİ ORDUMUZLA FƏXR EDİR

30.06.2011

Məlum olduğu kimi, iyunun 26-da Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə hərbi parad keçirilib. Bu tədbir öz miqyası və əhəmiyyətinə görə yerli və xarici mətbuatda əlamətdar hadisə kimi qiymətləndirilib.

Bəs Bakı sakinləri hərbi paradı necə qiymətləndirirlər, onların bizim orduya, onun döyüş qabiliyyətnə  münasibəti necədir?

«Rəy» Monitorinq Mərkəzi 2011-ci il iyunun 26-28-də keçirdiyi ictimai rəy sorğusu zamanı bu və bu kimi digər suallara cavab tapmağa çalışıb.

Sorğu hərbi parada böyük ictimai marağın olduğunu təsdiqləyib. Məlum olub ki, respondentlərin demək olar ki, hamısı (94%) bu hadisə barədə ya xəbərdardır, yaxud da onu televiziya vasitəsi ilə izləyib. Daha 3% respondentin isə müəyyən məlumatı var idi.

Sorğuya cəlb olunanların yalnız kiçik bir hissəsi parad barədə intervyüerlərdən eşitdiyini bildirib və ya cavab verməkdə çətinlik çəkib. 

Sorğu göstərib ki, paytaxt sakinləri bu aksiyanı çox müsbət qarşılayıblar: 88% respondent paradın keçirilməsini dəstəkləyib, 8% neytral münasibət nümaiş etdirib. Cəmi 4% bu hadisəyə biganə qalıb və ya cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, respondentlərin demək olar hamısı (92%) ölkənin öz müdafiə sənayesinin yaradılmasını müsbət hal kimi qiymətləndirib.

Sorğu zamanı belə bir projektiv situasiya da yaradılıb. Respondentlər qarşısında sual qoyulub: «Ailənizdən bir nəfəri ordu sıralarına çağırsalar, siz nə edərsiniz: onu orduya göndərərsiniz, yoxsa ordudan yayındırmağa çalışarsınız?» Sualı cavablandırarkən, Bakı sakinlərinin 84% bildirib ki, öz yaxınlarının orduda xidmət etməsini istəyərdi.

Yalnız, təxminən 8% respondent övladlarını hərbi çağırışdan yayındırmağa üstünlük verdiklərini bildiriblər.

Daha 8% isə cavab verməyə çətinlik çəkib.

Respondentlərin 91%-i milli ordumuzun onlarda «qürur» və «hörmət» hissi, cəmi 5%-i - «məyyusluq», 2%-i -«etinadsızlıq» və daha 2%-i - «utanc» hissi doğurduğunu qeyd edib.

Başqa sözlə, cəmiyyətdə orduya müsbət münasibət böyük üstünlük təşkil edir.

Sorğu zamanı respondentlərə verilən son iki sual Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olub. Münaqişənin həlli yolları barədə sualı cavablandıran respondentlərin 63%-i danışıqlara, 33%-i isə hərbi varianta üstünlük verib. Hərçənd, cavabların belə bölgüsü adi haldır və bu, son bir neçə il ərzində müşahidə olunur.

Azərbaycan ordusunun döyüş qabiliyyətinin qiymətləndirilməsinə gəldikdə isə vəziyyət aşağıdakı kimidir:

SİZCƏ AZƏRBAYCAN QARABAĞ PROBLEMİNİ HƏRBİ YOLLA HƏLL EDƏ BİLƏRMİ?

1. bəli, həll edə bilər – 58%

2. yəqin ki, həll edə bilər – 22%

3. çox güman ki, həll edə bilməz  - 4%         

4. xeyr, həll edə bilməz          - 6%

5. cavab verməkdə çətinlik çəkirəm – 10%

QEYD: «Üzbəüz müsahibə» metodu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 850 nəfər cəlb edilib. Nisbi xəta - 3,5 faizdir. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.