Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xüsusi Tədqiqatlar -> 20.07.2011 - AZƏRBAYCAN MƏTBUATI BU GÜN

20.07.2011

“Rəy” Monitorinq Mərkəzi milli KİV-lərin aktual problemlərinə həsr olunmuş ekspert sorğusu keçirib. Sorğuda qəzetlərdə və informasiya agentliklərində çalışan yüzə yaxın jurnalist iştirak edib.

Qeyd edək ki, sorğunun məqsədi milli mətbuatımızın mövcud vəziyyətinə aydınlıq gətirmək deyil, sadəcə sorğuya cəlb olunanların bu vəziyyətə münasibətini öyrənmək olub.

Obrazlı desək,  maraqlı olan “çimərlikdə suyun hərarəti deyil”, “çimərlikdəkilərin əhval-ruhiyyələri” idi. Sorğunun nəticələrini də məhz bu konteksdə qəbul etmək gərəkdir.

Azərbaycanda söz azadlığı varmı?” sualına cabav verərkən jurnalistlərimiz kifayət qədər nikbin əhval-ruhiyyə nümayış etdiriblər:  onların 78%-i “bəli, var” və “yəqin ki, var” deyə cavab veriblər (2008 ci ilin yayında bu göstərici 74% təşkil etmişdi).

Bizdə sözün həqiqi mənasında müstəqil qəzet və informasiya agentlikləri varmı?” – anketin növbəti sualı məhz belə səslənirdi. Məlum olub ki, jurnalistlər bu məsələdə də nikbindirlər. Çünki rəyi soruşulanların arasında bu suala “xeyr, yoxdur” və “yəqin ki, yoxdur” cavabı verənlər 10%-dən artıq deyil (2008 -ci ildə – 54%).

Onların böyük əksəriyyəti isə (70%-dən çoxu) bu suala əminliklə «bəli, var», təxminən 20% -i isə - “yəqin ki, var” cavablarını seçiblər.

Başqa sözlə desək, öz fikrini sərbəst şəkildə demək və yaymaq niyyətində olanlar məsələyə daha optimist mövqedən yanaşırlar.

Müstəqil və bitərəf KİV-lər məsələsinə gəlincə isə, liderlərin beşliyi bu cür müəyyənləşir:  АРА (27%), Trend (24%) və Turan (14%) agentlikləri, “Azadlıq” (14%) və “Ayna” (13%) qəzetləri (2008-ci ildə bu sual anketə daxil edilməmişdi).

Məlumdur ki, bu problemə bələd olanlar adətən “bizdə yaxşı jurnalistlər var, lakin peşəkar jurnalistika yoxdur” deyirlər. Üç il öncə jurnalistlərin 35%-i bu məsələyə ya “razıyam”, ya da “yəqin ki, daha çox razıyam, nəinki narazı” deyə münasibət bildirmişdilər.

İndiki vəziyyət isə tamamilə fərqlidir: yazarların mütləq əksəriyyəti (təxminən 82%) əmindirlər ki, bizdə peşəkar jurnalistika var. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.