Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 26.12.2011 - AZƏRBAYCAN ƏHALİSİ ƏJDAHA İLİNİ ÖZ AİLƏSİ İLƏ KEÇİRMƏYƏ HAZIRLAŞIR

26.12.2011

Sorğu zamanı vətəndaşlarımızın müsbət əhval-ruhiyyədə oldğunu müəyyən edilib: Yeni, «Əjdaha ilini hansı əhval-ruhiyyə ilə qarşılayırsınız?» sualına rəyi soruşulanların 39,5%-i «yaxşı əhval-ruhiyyə ilə, nikbinliklə», 46,9%-i «neqativ emosiyasız», cəmi 9%-i isə - «pis əhval-ruhiyyə və bədbinliklə» deyə cavab verib. Daha 5% respondent sualı cavablandırmağa çətinlik çəkib.

Nəzərə alsaq ki, sorğu qlobal maliyyə böhranının yeni dalğası barədə söz-söhbətlərin dolaşdığı bir şəraitdə aparılıb, onda bu rəqəmləri yetərincə nikbinliyə əsas verən adlandırmaq olar.

Bəs əhali yola saldığımız ili necə qiymətləndirir?

Sorğunun nəticələrinə görə, respondentlərin üçdə birindən çox hissəsi (36,2%) 2011-ci ili «çox yaxşı» və ya «yaxşı», 45,7%-i «orta» və cəmi 16,7%-i «pis» və ya «çox pis» kimi dəyərləndirib.

Nisbi xəta nəzərə alınmaqla, demək olar ki, cavablar eynilə ötənilki kimidir.

O ki qaldı 2011-ci ilin ən əlamətdar hadisələrinə, sorğu iştirakçıları bu sırada Avroviziya müsabiqəsindəki qələbəmizi (87%) və Azərbaycanın BMT-nin qeyri-daimi üzvlüyünə qəbulunu (78,8%) göstərib. 

Başqa sözlə, 2011-ci il bütövlükdə «müsbət» keçib və, göründüyü kimi, Azərbaycan vətəndaşları nikbindirlər.

2012-ci ilin şəxsən özləri üçün necə keçə biləcəyini qiymətləndirərkən, respondentlərin yarısı (49,5%) yaxşılığa doğru dəyişikliklər gözlədiklərini, 21%-i isə hər halda işlərin ötənilkindən pis getməyəcəyini qeyd ediblər.

Yalnız 6% pessimistlik nümaiş etdirib (qalanları cavab verməkdə çətinlik çəkib).

Yeri gəlmişkən, insanların öz rifah hallarını və ölkənin inkişaf perspektivlərini qiymətləndirməsi üst-üstə düşür: respondentlər Azərbaycanın gələcəyini müsbət qiymətləndirirlər. 2012-ci ilin ümumilikdə ölkə üçün yaxşı keçəcəyini düşünənlər rəyi soruşulanların 57,9%-ni təşkil edir.

Bu, ötənilki nəticəldən təxminən 10% artıqdır.

Daha 20% isə hesab edir ki, hər halda qarşıladığımız il 2011-ci ildən pis keçməyəcək.

Yeni İl hazırlıqlarına gəldikdə, rəyi soruşulanların 64%-dən çoxu artıq şam ağacını bəzədiklərini və ya bəzəyəcəklərini bildirib.

Sorğunun nəticələrinə görə, respondentlərin 66%-i bayram hədiyyələrinə 100 manatdan artıq pul xərcləmək fikrində deyillər, 7% isə bu məqsədlə 300-500 manat xərcləməyi düşünür.

Daha 26,5% isə hələ hədiyyələrə nə qədər məsrəf edəcəyini bilmir.

Respondentlərin dörddə üçü (75,1%) Yeni İli evlərində, öz ailələri ilə keçirəcəklərini, 8,8%-i qonaq gedəcəklərini bildiriblər.

Daha 7% isə bu barədə hələ qərar qəbul etmədiklərini və ya bayramı ümumiyyətlə qeyd etməyəcəklərini deyib. 

Sorğuya görə, Yeni İli restoranda və ya xarici ölkələrdə qarşılamaq respondentlər arasında o qədər də populyar deyil (müvafiq olaraq, 3% və 5%). 

Yeri gəlmişkən, son iki rəqəm də ötənilki göstəricilərlə eynidir.

QEYD: Üzbəüz müsahibə yolu ilə keçirilən tədqiqata yaşı 18 və yuxarı olan 1500 nəfər cəlb edilib. Nisbi xəta 3 faizdən aşağıdır.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.