Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 08.06.2008 - «ƏSL» KİŞİ VƏ XANIM İCTİMAİ RƏYİN GÖZÜ İLƏ

08.06.2008

Qədim zamanlarda müdriklər «zaman dəyişir, biz də onunla bərabər», - deyərdilər. Bu hikmətlə razılaşmamaq çətindir: “dünən” artıq və yasaq hesab olunan bu gün dəb və zəruri, bəzən isə tamamilə sıradan çıxmış hesab oluna bilər. Həyat dinamikdir, insanlar və onların baxışları da dəyişir. Bəs, bu gün “əsl kişi”nin, yaxud azərbaycanlı qadının hansı keyfiyyətlərə malik olması haqqında təsəvvürlərimiz necə? 2008-ci ilin may ayının sonlarında ümumrespublika ictimai rəyсорьусу keçirmiş “Rəy” Monitorinq Mərkəzi bu suallara cavab tapmağa cəhd göstərmişdir. Yaşayış yerinə görə 18 və yuxarı yaşlı 1300 –dən artıq respondent ”üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilmişdir. Statistik nisbi xəta - 3%.

Beləliklə, ictimai rəy azərbaycanlı qadının hansı əsas cəhətlərini qeydə almışdır? Bu, ilk növbədə, namus və sadiqlik (73%), ailəyə sadiqlik (44%), həyat yoldaşına dayaq olmaq bacarığı və ağıldır (32%-ədək). Bu siyahını zəriflik və qayğıkeşlik, həmçinin övladlara sadiqlik (18%-dən yuxarı) davam etdirir. Və qadın məziyyətləri siyahısını sözə sadiqlik, müstəqillik, təsərrüfatçıllıq, işləmək və qazanmaq bacarığı (8-9%), həmçinin dindarlıq  (4%) yekunlaşdırır.

Qeyd edək ki, kişilərin də, qadınların da yaxşı cəhətləri siyahısına namus başçılıq edir. Yeri gəlmişkən, birincilər üçün bu, ikincilərə nisbətən daha vacibdir (76% 71%-ə qarşı). Onlar həmçinin qadının ailəyə sadiqliyini, ağlını və zərifliyini eyni dərəcədə əhəmiyyətli hesab edirlər.

Maraqlıdır ki, həyat yoldaşına dayaq olmaq bacarığı zərif və güclü cinsin nümayəndələri tərəfindən müxtəlif cür qiymətləndirilir. Məlum olur ki, xanımın həyat yoldaşına dayaq olmaq bacarığını kişilər qadınlara nisbətən daha yüksək qiymətləndirirlər (35% 30%-ə qarşı). Və əksinə: qadınlar həyat yoldaşının dayaq olmaq bacarığını, kişilərin özlərinə nisbətən daha yüksək qiymətləndirirlər (28% 25%-ə qarşı).

Bəs ictimai rəy bu günün “əsl kişi”lərini necə fərqləndirir? Anketləşdirmə göstərdi ki, респондентляр buну, ilk növbədə işləmək və qazanmaq bacarığı (48%),  mərdlik və namus (42 və 37%), həmçinin ailəyə sadiqlikdя (36%) эюрцрляр.

İkinci planda isə həyat yoldaşına dayaq olmaq bacarığı (27%) və ağıldır (22%). Kişi кейфиййятляриsiyahısını isə sözə sadiqlik, təsərrüfatçıllıq, qayğıkeşlik və sadiqlik (15%), həmçinin övladlara sadiqlik və müstəqillik (hər biri 12%-dən az olmaqla) və dindarlıq (3%) yekunlaşdırır.

Aydındır ki, bu cavabları щярфи мянада баша дцшмяк və sorğu məlumatlarının bütün инъяликляриня гядяр yoxlanılmış ideal mənzərə yaratdığını güman etmək olmaz. Yəqin ki, bu, müasir xanımlarımız və ”əsl kişi”lər haqqında садяъя təsəvvürlərdir. Əgər bu təsəvvürləri bir neçə termində cəmləşdirsək, bu halda  “əsl kişi” – mərd və namuslu, ailəsinə sadiq ailə başçısıdır. Xanımlarımızın portretini yaradan “əsas” sözlər isə namus, sadiqlik, ailəyə sadilik, ağıl və hayat yoldaşına dayaq olmaq bacarığıdır.

Gəlin etiraf edək ki, bu portретlər yaxşı təsir bağışlayır. Doğrudur, burada “bir qaşıq qətran” payı da var: respondentlərin 56%-i hesab edir ki, son 10 il ərzində Azərbaycanda  “əsl kişi”lərin sayı azalmışdır. Özü də bu fikirlə razılaşan kişilərin sayı qadınlardan daha çoxdur (62% 51%-ə qarşı).




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.