Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Qarabağ Problemi -> 19.02.2012 - AZƏRBAYCAN FRANSANIN ATƏT-İN MİNSK QRUPUNDAKI HƏMSƏDRLİYİNDƏN İMTİNA ETMƏLİDİR -

 

19.02.1012

Fransa senatının qondarma «erməni soyqırımı»nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsi Türkiyədə böyük etiraza səbəb oldu. Qardaş ölkə fransız məhsullarının boykot edilməsindən tutmuş diplomatik münasibətlərin kəsilməsinə qədər ən sərt cavab addımlar atmağa hazırdır.

Bəs Bakı sakinləri Fransanın bu addımına necə yanaşırlar?

«Rəy» Monitorinq Mərkəzinin 2012-ci il fevralın 8-dən 12-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt sakinləri belə bir qanunun qəbulunu son dərəcə mənfi qarşılayıblar. Bu hadisələri izləyən respondentlərin 94,7%-i Fransa Senatının qərarını mənfi qiymətləndirib, qalan 5,3% isə cavab verməkdə çətinlik çəkib.

Qeyd etmək lazımdır ki, bu məsələ fevral ayında ən qızğın müzakirə edilən mövzulardan  olub. Sorğu göstərib ki, rəyi soruşulanların 78%-i hadisələrin gedişatını izləyir, 16%-i isə bu barədə nəsə eşidib.

Cəmi 5% nə baş verdiyinin fərqində deyil.

Bəs Fransa bu addımı nə üçün atıb, Senatın bu qərarının arxasında nə dayana bilər?

Sorğu anketində mətbuatın bununla bağlı ən çox hallandırdığı versiyalar əksini tapıb və məlum olub ki, Bakı sakinləri baş verənlərin səbəblərini aşağıdakı kimi görürlər:

45,4% - rəsmi Paris Şərqdə Türkiyənin mövqelərinin güclənməsini istəmir

35,9% - bu, N. Sarkozinin seçkiqabağı kampaniyası ilə bağlıdır

6,4% - Fransa parlamentariləri doğrudan da inanırlar ki, «erməni soyqırımı» olub

4,4% - digər cavab

7,9% - cavab verməkdə çətinlik çəkirəm

Ankaranın sərt reaksiyasını isə Azərbaycan paytaxtının əhalisi birmənalı şəkildə dəstəkləyir.  Türkiyənin Fransa Senatının qərarına verəcəyi istənilən cavaba respondentlərin 82,5%-i «müsbət», 9,5%-i «neytral» və yalnız 3%-i «mənfi» yanaşır.

Qalan 5% cavab verməkdə çətinlik çəkib.

O ki qaldı Fransa senatının bu qərarına Azərbaycanın mümkün reaksiyasına, burada respondantlərin emosional yanaşmasının həm də siyasi praqmatizmlə müşayiət olunduğu üzə çıxıb.

BƏS, AZƏRBAYCAN YARANMIŞ DURUMDA ÖZÜNÜ NECƏ APARMALIDIR?

56,4% - Fransa ilə münasibətlərin kəsilməsi hesabına olsa belə, Türkiyənin bütün addımlarını dəstəkləməlidir

35,1% - Ankaranı dəstəkləməklə yanaşı, çalışmaq lazımdır ki, Parislə də münasibətlər korlanmasın

5,1% - Azərbaycan neytral qalmalıdır

3,4% - Cavab verməkdə çətinlik çəkirəm

Qeyd etmək lazımdır ki, təhsil səviyyəsi nisbətən yüksək olan 35-55 yaşlı respondentlər daha ölçülüb biçilmiş və praqmatik yanaşmanın tərəfdarıdırlar. Özü də onların çoxu qadınlardır.

Hərçənd, rəyi soruşulanların bu kateqoriyası anketdəki digər suallara da oxşar yanaşma sərgiləyiblər.

Bütövlükdə sorğu iştirakçıları Azərbaycan-Fransa münasibətlərinin perspektivlərinə  o qədər də pessimist yanaşmırlar. Bakı sakinlərinin təxminən üçdə biri (31,2%) hesab edir ki, iki ölkə arasında münasibətlər olduğu kimi qalacaq, 47,1%-i bunun əksini düşünür, qalan 21,7%-i isə bu barədə nəsə deməyə çətinlik çəkir.

«Bəzi ekspertlərin fikrincə, bu qanunu qəbul etməklə Fransa Dağliq Qarabağ münaqişəsinin nizamlanmasinda qərəzsiz olmadiğini göstərib və bununla da özünün ATƏT-in Minsk qrupundaki rolunu şübhə altina qoyub. Bu fikirlə razisinizmi?» sualına  cavabdan isə məlum olub ki, respondentlərin əksəriyyəti bu mövqeyi dəstəkləyir.

Rəyi soruşulanların 77,3%-i ekspertlərin bu fikri ilə tam və qismən razıdır, 10,6%-i isə tamamilə və ya daha çox razı deyil.

12,1% cavab verməkdə çətinlik çəkib.

Bu mənada, bakılıların Fransanı ATƏT-in Minsk qrupunun həmsədri kimi görmək istəməməsi yəqin ki, təəcüblü deyil.  

Hər halda Azərbaycanın Fransanın vasitəçiliyindən imtina etməsi barədə təklifi respondentlərin böyük əksəriyyəti (92,4%) tam və ya qismən dəstəkləyir və cəmi 3,6%-i bu təkliflə tamamilə və ya qismən razı deyil (4% cavab verməkdə çətinlik çəkib).

Ölkəmizin bu hadisədən hansı nəticələr çıxarmalı olduğu barədə suala gəldikdə isə, respondentlərin cavabları çoxluğu və ya rəngarəngliyi ilə deyil, ibrətamizliyi ilə seçilib. Cavabların əksəriyyəti yeni tariximizin bizə öyrətdiyi müdrik bir fikri özündə əks etdirib: ağıllı öz səhvlərindən, müdrik isə başqalarının səhvlərindən nəticə çıxarır və bu baxımdan biz Xocalı soyqırımının dünyada tanınması üçün əlimizdən gələni etməliyik.

QEYD: Yaşayış yeri üzrə üzbəüz müsahibə üsulu ilə keçirilən sorğuya 18 və yuxarı yaşlı 850 respondent cəlb olunub. Nisbi xətta 3,5%-dən artıq deyil. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.