Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 16.04.2012 - «AVROVİZİYA-2012»: SƏBİNƏ BABAYEVANI DƏSTƏKLƏYƏCƏYİK

                                                 

16.04.2012

Məlum olduğu kimi, mayın sonunda Bakıda «Avroviziya-2012» nüfuzlu beynəlxalq musiqi müsabiqəsi keçiriləcək. Ölkəmiz bu mötəbər tədbiri keçirmək hüququnu ötən il Almaniyanın Düsseldorf şəhərində Eldar Qasımov və Nigar Camal duetinin qələbəsi nəticəsində əldə edib. Bəs bu gün yarışmaya maraq hansı səviyyədədir, Bakı sakinləri «Avroviziya-2012»-nin Azərbaycanda təşkili və keçirilməsi barədə nə düşünürlər? Bu və bununla bağlı digər suallara cavab tapmaq məqsədilə «Rəy» Monitorinq Mərkəzi 2012-ci il aprelin 9-dan 10-dək Bakı şəhərində ictimai rəy sorğusu keçirib. Sorğuya yaşı 18 və yuxarı olan 900 nəfərə yaxın respondent cəlb edilib. Nisbi xəta 3,4%.

Sorğunun nəticələri göstərir ki, Bakı sakinlərinin Avropanın ən böyük musiqi bayramına marağı xeyli artıb və bu da başa düşüləndir: müsabiqənin başlanmasına bir aydan da az vaxt qalır və KİV-lər hər gün bununla bağlı müxtəlif məlumatlar yayırlar.

Ötən il mayın 15-16-da (yəni müsabiqədən dərhal sonra) keçirilmiş sorğunun nəticələrinə görə «Avroviziya-2011»-i respondentlərin 59%-i izləmişdisə, bu il rəyi soruşulanların 80%-i müsabiqəni izləyəcəyini bildirib.

Respondentlərin 8%-i bu möhtəşəm konserti birbaşa zaldan izləməyi arzuladıqlarını, 68%-i isə televiziya vasitəsilə tamaşa edəcəklərini bildiriblər.

Daha 6% tədbiri buraxmaq istəməsə də, bunun alınıb-alınmayacağına əmin deyil.

Qalan 18% müxtəlif səbəblərdən müsabiqəni izləməyəcək. Onların bir hissəsi (4%) belə tədbirlərin o qədər də həvəskarı deyil, digər 7% hələ qərar verməyib, qalanlarını isə (7%) ümumiyyətlə belə hadisələr maraqlandırmır.

Təxmin edildiyi kimi, müsabiqəyə ən böyük maraq 18-24 yaşlı gənclər arasında qeydə alınıb. Müsabiqəni izləyəcəklərini deyənlərin 78%-ni məhz bu yaş qrupuna aid gənclərdir. “Avroviziya” mahnı yarışmasına ən az maraq göstərənlər isə 60 və daha yuxarı yaşlı insanlardır (6%).

Xatırladaq ki, eyni yaş bölgüsü ötən il keçirilən sorğu zamanı da qeydə alınmışdı.

«Müsabiqənin başlanmasına təxminən bir ay vaxt qalır və hazırlıq işləri tam sürətilə davam edir. Sizcə, ev sahibi olaraq, Bakı «Eurovision-2012»-ni layiqincə keçirə biləcəkmi?»  Sorğu anketinin növbəti sualı məhz belə qoyulub və məlum olub ki, əksəriyyət görülən tədbirlərin uğurla nəticələnəcəyinə əmindir.

Rəyi soruşulanların 81%-i hesab edir ki, işlər vaxtında başa çatdırılacaq və Azərbaycan bu mötəbər beynəlxalq tədbiri müvəffəqiyyətlə keçirəcək. 

Onlardan 52% sualı birmənalı olaraq «əlbəttə, keçirə biləcək», 29%-i isə «yəqin ki, keçirə biləcək» deyə cavablandırıb.

Daha 11% suala cavab verməkdə çətinlik çəkib.

Cəmi 8% respondent isə hesab edir ki, hökumət bu vəzifənin öhdəsindən gələ bilməyəcək.  

Sorğunun üzə çıxardığı daha bir maraqlı məqam ondan ibarətdir ki, bu il ölkəmizi «Avroviziya» müsabiqəsində Səbinə Babayevanın təmsil edəcəyini bilənlər müsabiqə ilə bağlı istənilən məlumatı digər respondentlərə nisbətən daha pozitiv qarşılayır və qiymətləndirir. Onlar Səbinəyə pərəstiş edir və təbii ki, hər şeyin uğurlu olmasını və musiqi bayramının yüksək səviyyədə baş tutmasını istəyirlər.

O ki qaldı, erməni nümayəndə heyətinin «Avroviziya-2012»-yə qatılmaqdan imtina  etməsinə, rəyi soruşulanların bu məsələyə münasibəti də gözlənilən idi. Respondentlərin böyük əksəriyyəti  (87%) üçün ermənilərin bu qərarı heç bir əhəmiyyət kəsb etmir. 

Cəmi 2% respondent ermənilərin Bakıya gəlməkdən imtina etməsini müsbət və elə o qədər də insan mənfi qiymətləndirib.

Qalan 9% sualı cavablandırmaqda çətinlik çəkib. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.