Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 06.05.2012 - «AVROVİZİYA-2012»: RESPONDENTLƏR MÜXALİFƏTİN MÜSABİQƏDƏN ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ ETMƏK CƏHDLƏRİNƏ QARŞIDIR İCTİMAİ RƏY SORĞUSUNUN NƏTİCƏLƏRİ

6.05.2012

Azərbaycan əhalisinin böyük əksəriyyəti müxalifətin «Avroviziya-2012» mahnı müsabiqəsindən öz məqsədləri üçün istifadə etmək cəhdlərini mənfi qarşılayır. Bunu «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələri göstərir.

Məlum olduğu kimi, «Avroviziya» müsabiqəsi ərəfəsində bəzi müxalifət  partiyaları ölkədə mitinq fəallığını artırmaga cəhd göstərir və ümid edir ki, ölkəyə beynəlxalq maraq artdığı üçün onların aksiyaları da nəzərdən qaçmayacaq.

Bəs Azərbaycan əhalisi müxalifətin bu addımlarına necə münasibət bəsləyir? Xalq onların şüar və tələblərini dəstəkləyirmi, yoxsa aksiyaları təşkil edənlər gözləntilərində yanılıblar?

Bu və bu kimi digər suallara həsr olunmuş ümummilli rəy sorğusu müxalifət üçün ürəkaçan olmayan bir sıra məqamlar üzə çıxarıb.

 

 

«AVROVİZİYA-2012» ƏRƏFƏSİNDƏ MÜXALİFƏTİN KEÇİRMƏYƏ BAŞLADIĞI MİTİNQLƏR BARƏDƏ NƏSƏ EŞİTMİSİNİZMİ, YOXSA İLK DƏFƏ İNDİ EŞİDİRSİNİZ? ƏGƏR EŞİTMİSİNİZSƏ, ONLARIN ŞÜAR VƏ TƏLƏBLƏRİ İLƏ TANIŞSINIZMI?

 

bəli, mitinqlər və orada səslənən tələb və şüarlar barədə eşitmişəm

15,5%

mitinqlər barədə eşitmişəm, lakin onların konkret nəyə həsr olunduğunu bilmirəm

36,6%

müxalifətin hansısa etiraz aksiyaları keçirdiyini ilk dəfədir ki, eşidirəm

47,1%

 həmin mitinqlərdə şəxsən iştirak etmişəm

0,8%

 

«BELƏ AKSİYALARA NECƏ YANAŞIRSINIZ?»

 

dəstəkləyirəm

4,3%  

qismən dəstəkləyirəm

2,3%  

etinadsız yanaşıram

5,6%  

əsasən dəstəkləmirəm

16,8%

dəstəkləmirəm

64,1%

cavab verməkdə çətinlik çəkirəm

6,9%  

 

BU MİTİNQLƏR SİZDƏ HANSI HİSSLƏRİ DOĞURUR?

hiddətləndirir, qıcıqlandırır

41,9%

gələcəyimizə görə narahatlıq doğurur

15,5%

 ümidləndirir, həvəsləndirir

2,3%  

 məyus edir, bezdirir

16,8%

dəstək və həmrəylik hissi oyadır

1%     

sabaha əminlik yaradır

1,3%  

heç bir hiss oyatmır

14,4%

digər

0,5%  

 cavab verməkdə çətinlik çəkirəm

6,3%  

MÜXALİFƏTİN MİTİNQİNDƏ BELƏ BİR ŞÜAR SƏSLƏNDİRİLİB: «BİZƏ QARABAĞ LAZIMDIR, AVROVİZİYA YOX!». BUNUNLA BAĞLI AŞAĞIDAKI FİKİRLƏRDƏN HANSI İLƏ RAZISINIZ?

bu, müsabiqəyə qarşı mənfi münasibət yaratmağa yönəlmiş bir təxribatdır

45,8%

müxalifət hakimiyyətin bütün müsbət işlərinə göz yumur, axı əslində Azərbaycanın bütün uğurları, o cümlədən «Avroviziya»nın Bakıda keçirilməsi, elə Qarabağ probleminin həllinə şərait yaradır 

37,3%

bu, müxalifətin təbliğat gedişidir, özü də fərq etməz «təmiz», yoxsa «çirkli» təbliğat - təki işə yarasın

4,5%

bu şüarla razıyam, müxaifət haqlıdır

5,5%

cavab verməkdə çətinlik çəkirəm

6,9%

 

TƏSƏVÜR EDİRSİNİZMİ Kİ, QƏRBDƏ, TUTALIM, BÖYÜK BRİTANİYADA MÜXALİFƏT 2012-Cİ İL LONDON OLİMPİADASINDAN ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ ETSİN?

 

 Bunu istisna edirəm: əhali müxalifətin belə hərəkətini milli maraqların satılması kimi qiymətləndirər

44,5%

inanmıram ki, Qərbdə müxalifət öz ölkəsinin imicini korlamağa çalışsın

36,3%

bu, siyasətdir, siyasətdə isə məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur

4,8%

niyə də olmasın, Qərbdə də müxalifət belə edə bilər

5,9%

digər   

0,6%

cavab verməkdə çətinlik çəkirəm    

7,9%

   

Hesabat 2012-ci il aprelin 24-29-da keçirilmiş «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 3,0 faizdir. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.