Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xüsusi Tədqiqatlar -> 04.06.2012 - «AVROVİZİYA-2012»: «ƏLA GÖRÜLMÜŞ İŞ!»

 

4.06.2012

«Avroviziya-2012» nüfuzlu beynəlxalq musiqi yarışması artıq tarixə çevrildi. Səsvermə zamanı 372 xal toplayan İsveç təmsilçisi Lorin (Loreen) müsabiqənin qalibi oldu və büllur mikrofona sahib çıxdı. Rusiyalı «Buranovo nənələri» ikinci, Serbiyadan olan Jelko Yoksimoviç isə üçüncü yeri tutdu. Təmsilçimiz Səbinə Babayeva da ilk dördlükdə qərarlaşdı.

Beləliklə, gələn il yarışmanı İsveçdən izləyəcəyik.

Bəs Azərbaycan əhalisi müsabiqənin Bakıda təşkilini necə qiymətləndirir? Onlar Baku Cistall Hall-dan yayımlanan musiqi bayramını izləyiblərmi?

«Rəy» Monitorinq Mərkəzinin 2012-ci il mayın 27-dən 31-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunmuşdu. Sorğuya yaşı 18 və yuxarı olan 1300 respondent cəlb edilib. Nisbi xəta 3,4% təşkil edir.

Nəticələr göstərir ki, Azərbaycanda Avropanın ən böyük musiqi bayramına maraq kəskin şəkildə artıb. Əgər 2011-ci il mayın 15-16-da (finaldan dərhal sonra) keçirilmiş sorğu zamanı Bakı əhalisinin 59%-nin müsabiqəni bu və ya digər səviyyədə izlədiyi üzə çıxmışdısa, bu il həmin rəqəm 89%-ə qalxıb. Ümumilikdə isə ölkə üzrə bu göstərici 78% təşkil edib.

Gözlənildiyi kimi, gənclər həmişəki kimi müsabiqəni əvvəldən axıradək on-layn rejimində izləyib, daha yaşlı nəsil isə konsert proqramlarına fasilələrlə baxıb və ya sonrakı gün gedən reportajlarla tanış olub.

Lakin, aydın məsələdir ki, bu, final konsertinə aid deyil. Müsabiqənin sonuncu gününü Bakı gənclərinin 93%-i, ölkə əhalisinin isə 82%-i izləyib.

Yeri gəlmişkən, iki ay əvvəl Bakı əhalisinin 63% Azərbaycanı Səbinə Babayevanın təmsil etdiyini bilirdisə, indi bu rəqəm 88%-ə çatmışdı.  

Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir (məsələn, «Avroviziya-2011»-in təşkili Almaniyaya 50 mln. avroya başa gəlmişdi). Ötən il Bakı sakinlərinin 63%-i hesab edirdi ki, «Avroviziya»nın ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də, rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətində idilər. Cəmi 13% respondent bu fikri bölüşmürdü, çünki bunu bədxərclik hesab edirdi.

Bəs bu il necə, respondentlərin fikri dəyişməyib ki?

Sorğu zamanı məlum olub ki, indi əhalinin 85%-i müsabiqənin keçirilməsinə böyük vəsait yatırımının zəruri olduğunu və bunun özünü doğrultduğunu düşünür. Onlarla cəmi 11%-ə yaxın respondent razılaşmayıb (qalan 4% isə sualı cavablandırmaqda çətinlik çəkib).

Bəs Azərbaycan bir ev sahibi olaraq «Avroviziya-2012»-ni layiqli təşkil edib, keçirə bildimi? Təşkilatçıların işini hansı sözlərlə qiymətləndirmək olar? Bu məsələ ilə bağlı fikirlərin daha dolğun öyrənilməsi məqsədilə sual «açıq şəkildə» qoyulmuşdu, yəni respondent ona təklif olunan cavab variantlarından birini seçməli deyil, özü istədiyi cavabı yaza bilərdi.

Məlum olub ki, təşkilatçıların böyük, çətin və səmərəli iş gördüyünə şübhə edən demək olar ki, yoxdur. Respondentlərin 86%-i hesab edir ki, tədbir «qüsursuz», «peşəkar səviyyədə», «Avropa səviyyəsində» təşkil edilib. Cəmi 3%-in fikrincə isə, onu «daha yaxşı təşkil etmək olardı» və «ideal səviyyəyə çata bilmədik».




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.