Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 25.12.2012 - BAKI SAKİNLƏRİ İLAN İLİNİ YAXŞI ƏHVALLA QARŞILAYIR

 

25.12.2012

Bakı sakinlərinin əksəriyyəti 2012-ci ilin özləri üçün yaxşı keçdiyini düşünür və ümid edirlər ki, İlan İli ən azından bundan pis olmayacaq. Bunu «Rəy» Monitorinq Mərkəzinin dekabrın 8-dən 10-dək Azərbaycan paytaxtında keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir. «Omnibus» tipli sorğuya  yaşı 18 və yuxarı olan 900 nəfər cəlb edilib. Nisbi xəta 3,4% təşkil edir.

* * *

Sorğunun nəticələrinə görə, Bakı sakinləri Yeni İli pozitiv əhvalla qarşılamağa kökləniblər: respondentlərin təxminən yarısının (49,5%) əhval-ruhiyyəsi yaxşıdır, onlar nikbindirlər (2012-ci il ərəfəsində bu göstərici 39,5% idi), daha 41,3%-in əhvalında isə (ötən il 46,9%) xüsusi yüksəliş olmasa da, neqativ emosiyalar da yoxdur.

Və cəmi 6% İlan İlini bədbin gözləntilərlə qarşılayır.

Nəzərə alsaq ki, sorğu dünya maliyyə böhranının davam etdiyi və «Dünyanın sonu» barədə şayiələrin yayıldığı bir vaxtda keçirilib, bu rəqəmləri yetərincə ürəkaçan adlandırmaq olar.  

Sorğu iştirakçılarının əhəmiyyətli bir hissəsi (76,7%) Yeni İli öz evində, ailəsi ilə birlikdə, 6,7% - qonaqlıqda, 3,5% isə restoranda qarşılamaq fikrindədir.

Daha 7,4% xaricə yollanmağa hazırlaşır.

Hərçənd, Yeni İli tənha qeyd edən (0,5%) və ya ümumiyyətlə qeyd etməyənlər (2,4%) də var.

Eyni rəqəmlər ötən ilki sorğu zamanı da üzə çıxmışdı.

Rəyi soruşulanların 66,3%-i bayramda şam ağacı bəzəyəcəyini və ya artıq bəzədiyini, 26,5% isə bəzəmək niyyətində olmadığını bildirib.

Ümumiyyətlə paytaxt əhalisi 2012-ci ilin nəticələrindən razıdır: respondentlərin 46,2%-i yola saldığımız ili şəxsən özləri üçün «çox yaxşı», yaxud «yaxşı», 41,5%-i - «orta» və cəmi 12%-i «pis» və ya «çox pis» qiymətləndirib.

Bu nəticələri ötənilkilərlə müqayisə edək: o zaman rəyi soruşulanların üçdə brindən bir qədər çoxu (36,2%) 2011-ci ili şəxsən özləri üçün «çox yaxşı» və ya «yaxşı», 45,7%-i - «orta» və 16,7%-i «pis» və ya «çox pis» adlandırmışdı.

Başqa sözlə, Bakılılar 2012-ci ilin onlar üçün 2011-ci ildən daha «uğurlu» keçdiyi qənaətindədirlər.

Bu ilin onlar üçün nə ilə yadda qalması barədə danışarkən, respondentlər ilk növbədə Ramil Səfərovun ekstradisiyası və əfvini (89,3%) və «Avroviziya» beynəlxalq musiqi müsabiqəsinin Bakıda keçirilməsini (71,6%) qeyd ediblər.

2012-ci ilin bütövlükdə ölkə üçün necə keçməsinə gəldikdə isə, rəyi soruşulanların 69,2%-nin fikrincə, bu il ötənilkindən yaxşı keçib, daha 22,6% isə hesab edir ki, bu il ötənilkindən ən azından pis keçməyib və cəmi 4,2% ilin ötən ilə baxanda pis keçdiyi qənaətindədir. 

Bəs Bakı sakinləri Yeni İldən şəxsən özləri üçün nə gözləyir, onlar gələcəkləri ilə bağlı necə kökləniblər?

71,1% hesab edir ki, 2013-cü il onlar üçün 2012-ci ildən daha yaxşı olacaq və ya ən azından bu ilkindən pis keçməyəcək.

Cəmi 2,7% 2013-cu ilin daha pis gələcəyini düşünür.

Hərçənd, respondentlərin xeyli hissəsi (27,2%- bu, maksimal göstəricidir) məlum səbəblərdən bu sualı cavablandırmaqda çətinlik çəkib. (Ötən il də oxşar rəqəmlər üzə çıxmışdı).

Yeri gəlmişkən, insanların şəxsi sosial rifahlarını və ölkənin inkişaf perspektivlərini qiymətləndirmə vektorları üst-üstə düşür, lakin məlum olub ki, Bakı əhalisi bütövlükdə ölkənin perspektivlərni şəxsən öz gələcəklərindən daha yaxşı görür. 81,2% hesab edir ki, 2013-cü il Azərbaycan üçün 2012-ci ildə olduğundan daha yaxşı, və ya ən azından ötənilkindən pis olmayacaq (müqayisə edin: şəxsən özləri üçün gələn ili müsbət qiymətləndirənlər 71,1% təşkil edib). Və cəmi 1,8% gələn ilin Azərbaycan üçün bu ilkindən pis keçəcəyi fikrindədir.

Rəyi soruşulanların təxminən beşdə biri (19,0%) sualı cavablandırmaqda çətinlik çəkib.

Fikir verin: 2013-cü ildə ölkənin daha uğurlu inkişaf edəcəyi ilə bağlı gözləntilər ötənilki göstəricidən 20% çoxdur. Bu isə ondan xəbər verir ki, dünya maliyyə böhranı və demək olar ki, bütün Avropanı bürümüş sosial-iqtisadi sarsıntılara baxmayaraq, Bakı əhalisinin Azərbaycanın perspektivləri ilə bağlı fikirlərində nikbinlik artıb. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.