Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 26.12.2012 - BAKI SAKİNLƏRİ «DÜNYANIN SONU»NA İNANMIRLAR

 

26.12.2012

Bakı sakinlərinin mütləq əksəriyyəti (92,4%) «Dünyanın sonu» deyilən hadisələrin baş verəcəyinə inanmır. Bunu «Rəy» Monitorinq Mərkəzinin 2012-ci il dekabrın 8-dən 10-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib. «Omnibus» tipli sorğuya yaşı 18 və yuxarı olan 900 nəfərə yaxın paytaxt sakini cəlb edilib. Sorğunun nisbi xətası 3,4%.

***

Dekabrın 21-də guya «Dünyanın sonu»nun olacağı barədə xəbərlər demək olar ki, bütün mətbuat səhifələrini zəbt etsə də, Bakı sakinləri  belə bir hadisənin baş verəcəyinə inanmır. «Dünyanın sonu»na inanırsınızmı?» sualına respondentlərin 84,7% birmənalı olaraq «xeyr, inanmıram», 7,7% isə «əsasən inanmıram» cavabını verib. Yalnız 5,3% sakin bunun əksini düşünür.

Paytaxt əhalisi arasında bu hadisəyə xüsusi maraq da hiss olunmur. Onlar, ümumiyyətlə «Dünyanın sonu»nun mümkünlüyü barədə məlumatları ciddi qəbul etmirlər. Sorğunun nəticələri göstərir ki, respondentlərin yalnız üçdə biri (31,9%) bu xəbərləri diqqətlə izləyirlər, qalan 67,4% isə bu barədə sadəcə «nəsə eşidiblər». Cəmi 1%-dən də az respondent «Dünyaın sonu» barədə deyilənləri bizim sorğugötürənlərdən eşidirdi.

Sorğu iştirakçılarının 80,4%-i sabahlarına əmindirlər və yalnız 16,2%-i anketin bu sualına «xeyr, əmin deyiləm» və ya «əsasən əmin deyiləm» cavab variantlarını seçib. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.