Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 27.12.2011 - AZƏRBAYCAN ÖZ PREZİDENTİNƏ «HƏ» DEYİR

 

27.12.2011

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Azərbaycan Prezident İlham Əliyevi dəstəkləyir. «Rəy» Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələri bundan xəbər verir.

Məlum olub ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 90%-ə yaxını öz səslərini hazırki dövlət başçısına verərdi.

O cümlədən, əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1%-i öz səslərini İlham Əliyevə verməyə hazır olduqlarını bildiriblər.

Respondentlərin 85,5%-i Prezident İlham Əliyevin onların maraqlarına tam və ya qismən cavab verdiyini və yalnız 8%-i bunun əksini bildirib.

Təxminən 7% cavab verməkdə çətinlik çəkib. 

Sorğunun nəticələrinə görə, seçicilərin 92,4%-i İ. Əliyevə etibar edir, 72,2%-i isə ölkə prezidenti postunda ona alternativ görmür.

Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olaraq 87,5% və 69,5% təşkil edir.

Rəyi soruşulanların əksəriyyəti (78%) bildirib ki, qarşıdakı bazar günü prezident seçkiləri keçirilsəydi, onlar səsverməyə qatılardılar. Yalnız 5%-ə yaxın respondent səsverməyə qatılmayacağını və daha 12,7% suala cavab verməkdən yayınıb.

Bakı şəhəri üzrə bu göstəricilər bir qədər fərqlidir: müvafiq olaraq 72,8% və 15%.

Hesabat 2011-ci il dekabrın 16-19-da keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb.

Üzbəüz müsahibə yolu ilə keçirilən tədqiqata yaşı 18 və yuxarı olan 1500 nəfər cəlb edilib.

Nisbi xəta 3 faizdən aşağıdır.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.