Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 06.08.2013 - PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ

6.08.2013

Seçki marafonunun rəsmən elan olunmasına az qalıb və tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına start verəcək. Hələlik bu günədək Azərbaycan prezidenti postuna üç iddiaçının namizədliyi irəli sürülüb. Bu, hazırki dövlət başçısı İlham Əliyev, Müsavat başqanı İsa Qəmbər və kinodramaturq Rüstəm İbrahimbəyovdur. Hərçənd bu siyahının dəyişib-dəyişməyəcəyi və son olaraq namizədlər sırasında kimlərin yer alacağı sentyabrda, MSK tərəfindən namizədlərin qeydiyyatı başa çatanda bilinəcək.

Bəs vətəndaşlar seçkiyə hansı əhvalla gedir, onlar necə köklənib, kimə üstünlük verirlər? Bu və digər bu kimi suallara “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümumrespublika ictmai rəy sorğusu zamanı cavab verilib.

Əvvəla ondan başlayaq ki, respondentlərin 11,7%-itam əminliklə müxalifət düşərgəsində “Milli Şuranın mövcudluğundan xəbərim var” deyə bildirib, daha 17,2% isə “bu barədə nəsə eşitmişəm” deyib (bu, sorğu iştirakçılarının cəmi 30%-ə yaxınını təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir). Bu zaman rəyi soruşulanların 74,2%-i onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən dolaşıb qalıb və Milli Şura üzvlərindən heç olmazsa üçünün belə adını çəkə bilməyib.

Rüstəm İbrahimbəyovun “müxalifətin vahid namizədi” kimi irəli sürülməsindən isə seçicilərin 86,1%-i xəbərsizdir. Üstəlik rəyi soruşulanların 91,1%-i bilmir ki, müxalifətin planına görə seçkidə qələbə qazanacağı təqdirdə “vahid namizəd” prezident kürsüsündə iki ildən artıq oturmayacaq (bu dövr ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, keçid hökumətinin yaradılması və növbədənkənar prezident seçkilərinin təşkili nəzərdə tutulur). Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti Milli Şuranın yaradılması və R. İbrahimbəyovun  müxalifətin “vahid namizədi” kimi irəli sürülməsi də daxil olmaqla bütün bu çoxgedişli kombinasiyalardan xəbərsizdir.

“Prezidentliyə namizədin irəli sürülməsi Sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?” sualını cavablandırarkən respondentlərin yalnız 1%-i R. İbrahimbəyovun adını çəkib (özü də Bakıda bu rəqəm 1,5% olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8% təşkil edib).

Yeri gəlmişkən, bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6% isə Əli Kərimlinin namizədliyini irəli sürərdi.

“Bu namizədlərdən hansına səs verərdiniz?” sualına cavabda isə rəyi soruşulanların 81,2%-i İlham Əliyevin, 2%-dən az hissəsi İsa Qəmbərin və təxminən 1%-i Əli Kərimlinin adını çəkib.

Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Tədqiqatın nisbi xətası - 3% təşkil edir.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.