Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 15.03.2008 - Xoşbəxtlik düsturu və ya bizi depopulyasiya gözləyirmi?

15.03.2008

Azərbaycanın milli təhlükəsizliyi haqqında Konsepsiyada qeyd olunduğu kimi, insan ehtiyatlarının çatışmamazlığı ölkə üçün ciddi təhlükələrdən biridir. Başqa sözlə desək, bizim dövlətimizin mövcudluğu demoqrafik problemlərin həllindən asılıdır. Xatıqladaq ki, BMT ekspertləri tərəfindən təxmin edilmiş mümkün ssenariyə əsasən, 2035-ci ildən başlayaraq Azərbaycanda əhalinin sayı ciddi şəkildə azalmağa başlayacaq. Başqa sözlə desək, bizi depopulyasiya gözləyir.

BMT-nin proqnozu qüvvədədirmi və demoqrafik durum dəyişibmi? “RƏY” Monitorinq Mərkəzi bu suallara cavab tapmaq məqsədi ilə 2008-ci il martın 4-5-də Bakının ali məktəblərindən birində I kursda təhsil alan 250 tələbə qız arasında pilot xarakterli sosial-psixoloji tədqiqat keçirmişdir.

Bizim seçimimiz təsadüfi deyil. Çünki ölkənin demoqrafik perspektivləri haqqında təsəvvürə malik olmaq üçün, ilk növbədə, gələcək anaların bununla bağlı düşüncələrini, uşaqların sayı haqqında planlarını, ümumilikdə, artımla bağlı fikirlərini bilmək zəruridir.

Beləliklə, azərbaycanlı tələbə qızlar öz həyatlarında nəyə səy göstərirlər?

Məlum olmuşdur ki, onların əsas arzuları bunlardır:

- sevmək və sevimli olmaq - 72%,

- ailə sahibi, və öz işinin peşəkarı olmaq - 56-58%,

- mənsəbə çatmaq, yaxşı təhsil almaq və uşaq dünyaya gətirmək, azad və müstəqil olmaq - demək olar ki, 40%

- və yüksək maaşlı işlə təmin olunmaq - təxminən 25%.

Bununla belə, onların özlərini müasir azərbaycanlı hesab edib-etmədikləri haqda suala suala hər iki nəfərdən biri (51%) “bəli”, hər üçüncü isə “yəqin ki, hə, nəinki yox”, - deyə cavab vermişdir.

Bir sözlə, respondentlərin 86%-i az və ya çox dərəcədə özünü müasir hesab edir. Lakin onların “müasir azərbaycanlı qadın necə olmalıdır?” sualına verilən cavabların təhlili kifayət qədər dolaşıq və qəribə mənzərə yaratmışdır. Məsələn, bir tərəfdən, mülahizələrin və davranışların müstəqilliyini istəyən respondentlər, digər tərəfdən valideyn iradəsinə tabe olmaq və ona əməl etməyi vacib sayırlar.

Qeyd edək ki, sorğuda iştirak edən gənc azərbaycanlı qızların “vətəndaş nigahı”na, müəyyən qədər, liberal münasibətləri üzə çıxır (25% bunu mümkün hesab edir), 56% nigahdan kənar uşaq dünyaya gətirən qadını qınamır, (əgər o, bu addımı düşünərək atıbsa) və ya mühakimə etmək istəmirlər, (çünki “həyatda hər şey ola bilər”).

Respondentlərin demək olar ki, 90%-nin özünü müsəlman adlandırmalarına baxmayaraq, 93% qətiyyətlə çoxarvadlılığı rədd etmişdir. Həmçinin respondentlərin 82%- “əgər qadın ana olmayıbsa, deməli o heç yaşamayıb” fikri ilə razı deyil, başqa sözlə desək, “qadın -  ilk növbədə anadır” assosiasiyası mütləq fikir kimi qəbul olunmur.  

AiIə xoşbəxtliyi haqqında təsəvvürlərə gəlincə isə, respondentlərin rəyinə görə, o aşağıdakı komponentlərdən ibarətdir:

-       sevgi - 87%,

-       ər və arvadın bir-birinə hörməti - 56%,

-       qarşılıqlı anlaşma - 46%,

-       firavanlıq - 32%

-       və sədaqət(28%.

 

            Məlum olduğu kimi, Azərbaycan üçün aşağı doğuş sayı xarakterikdir. Yəni, əhalinin adi artımı (“sıfır artım”) 2,1-dən az olmamalıdır, amma bizim ölkəmizdə hər bir qadının payına 2,0-dən də az uşaq düşür. Bu gün bir neçə uşaqdan ibarət ailələrə qibtə ilə deyil, daha çox ürək ağrısı ilə yanaşırlar. 3-4 uşaq anası artıq çoxuşaqlı ana hesab olunur. Azərbaycanlı qadınların “Qəhrəman ana” medalı ilə təltif olunduğu zamanlar keçmişdə qalıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 3 və 4-cü uşaqların doğulması müvafiq olaraq 1992-ci ildə 16,0% və 6,0%-dən 2004-cü ildə 12,4% və 3,2%-dək, beşinci uşaqların dünyaya gəlməsi isə 3,7%-dən 1,1%-dək azalmışdır.

Bununla yanaşı, nigahdan kənar uşaqların sayı isə artmaqdadır: 1970-ci ildə onlar yeni doğulmuş uşaqların cəmi 3,1%-ni təşkil edirdilərsə, 2004-cü ildə bu göstərici 20,3% olmuşdur. Belə çıxır ki, Azərbaycanda dünyaya gələn hər beşinci körpə nigahdan kənar doğulmuşdur. Özü də, kənd və şəhər “davranış”ı arasında fərq yoxa çixmışdır -  kəndlərdə nigahdankənar uşaqlar 21,9%, şəhərdə isə 18,3% təşkil edir.

Bəs, bizim sorğumuz nə göstərdi? Təəssüf ki, mənfi tendensiyalar təsdiqləndi. 58% respondent üçün ideal ailə - ər, arvad və 2 (!), 29% üçün isə 3 uşaqdır.

Düzdür, uşaqların arzu olunan sayı (“Neçə uşağınızın olmasını istərdiniz?” sylaına verilən cavablar) orta hesabla 2,4 uşaq təşkil edir. Və bundan belə nəticəyə gəlmək olar ki, demoqrafik vəziyyətin düzələcəyinə ümid var. Lakin uşaqların ehtimal olunan sayı (“Sizcə, ailənizdə neçə uşaq olacaq?”) bu ümidləri alt-üst edir: cəmi 1,9 uşaq.

            Çoxuşaqlı ailə anlayışına gəlincə, I kursda təhsil alan qızlardan hər beşincisi üçün bu anlayış  3 uşaq, hər üçüncü üçün - 4 uşaq, eyni sayda tələbə qızlar üçün isə 5 uşaq olan ailələri çoxuşaqlı hesab edirlər.

Məlum olduğu kimi, uzun əsrlər boyu cəmiyyətlərdə yüksək ölüm və yüksək doğum halına rast gəlinirdi.  XX əsrdə bu tendensiya dəyişdi və cəmiyyət aşağı ölüm və aşağı doğum halına keçdi. Bu keçidin indi gündəmdə olan yeni fazası isə ailələrdə radikal dəyişikliklərlə xarakterizə olunur:  

Avropanın 14 ölkəsində aparılmış sorğular göstərmişdir ki, uşaqların az qala 40%-i nigahdan kənar doğulur və bu  göstərici artmaqdadır. Boşanmaların da sayı artır. Bu ölkələrin əksəriyyətində doğum aşağıdır - 1,4 uşaq. Hollandiyada və Almaniyada rəsmi nigahda yaşamaq və uşaq sahibi olmaq istəyənlər cəmi 53% təşkil edir. 40 yaşına qədər hər beşinci finlyandiyalı, alman, italyan və holland qadın sonsuz qalacaq.

Başqa sözlə desək, AŞ ölkələrini depopulyasiya gözləyir. İmmiqrantların durmadan artması və yerli əhali arasında doğum hallarının azalması, demoqrafların da təsdiq etdiyi kimi, artıq fransız sivilizasiyasının və orijinallığının əsaslarını təhlükə altına almışdır.

Bəs, keçmiş SSRİ-də vəziyyət necədir? Ekspertlərin təsdiq etdiyi kimi, 2025-ci ildə Rusiya əhalisinin -12%, Ukrayna- 24%, Belarus - 14%, Gürcüstan - 17%, Litva - 11, Latviya - 13%, Moldova - 7%, Ermənistan -6%, Estoniya -9%-ini itirəcək.

Bəşəri tendensiyalar Azərbaycandan da yan keçməyib və son onilliklərdə ölkə ənənəvi doğuşdan “avropa”sayağı doğuşa keçib. Bizim ailə dəyərlərimiz transformasiyaya uğrayıb. Boşanma “fövqəladə” haldan adi hala keçib. İkiuşaqlı ailələr normaya çevrilib. Gənc xanım üçün uşağın dünyaya gəlməsi karyerasına maneə olarsa və ağır yükə çevrilərsə, o, ikinci uşaqdan imtina edəcək. Belə bir vəziyyətdə, təbii ki, 3-4 uzaqdan heç danışmağa dəyməz.

Seksual inqilab artıq baş verib, lakin cəmiyyət buna diqqət yetirməyib. Azərbaycanın başının üstünü almış qərb sivilizasiyası məxfi nigah kodeksinin milli özəlliklərini əsaslı şəkildə “yuyub aparıb”. Bu mənada, biz daha liberal və yeni priorotetlərə meylli olmuşuq ki, bu da öz növbəsində nigah davranışlarında və doğuşda öz əksini tapır.

Bütün bunlar isə kişilərin güclü əmək miqrasiyası  və milyonlarla insanın qaçqın həyatı yaşaması  fonunda baş verir, bu da neqativ demoqrafik tendensiyaları gücləndirir.

Aydındır ki, bu sorğu pilot, axtarış xatakteri daşıyır. Və yəqin ki, onun nəticələirni qəti şəkildə qəbul etmək lazım deyil. Çünki bu mövzuda gələcək tədqiqatlara ehtiyac var.

Lakin əldə olunmuş rəqəmlərin əhəmiyyətini azaltmaq da lazım deyil. Bu,  BMT-nin neqativ proqnozlarının reallaşacağının mümkünlüyü haqqında özünəməxsus xəbərdarlıqdır. 

Axı, belə vəziyyətlə üzləşən yalnız Azərbaycan deyil. Əlverişsiz demoqrafik vəziyyətə düşmüş bir çox ölkələr böhrandan çıxmaq üçün tədbirlər görür. Rusiyada gənc ailələri dəstəkləyən milli proqram qüvvədədir. İnsan ehtiyatlarının çatışmazlığı Azərbaycanda da əsas narahatlıq mənbəyidir və bu təhlükə bizim milli təhlükəszilik Konsepsiyamızda da öz əksini tapıb. Bu problem həyat tərzi və ailə davranışları ilə bizlərə bənzəyən Türkiyədə də narahatlığa səbəb olub. Bu yaxınlarda baş nazir R.T. Ərdoğan türk qadınlarını ən az 3 uşaq dünyaya gətirməyə çağırıb. “Qərb artıq ağlayır, doğum problemini həll etməyə cəhd göstərir və biz bu tələyə düşməməliyik “, - deyə o bildirib.

Azərbaycan da bu tələdən yan keçməlidir və bunun üçün bizim potensialımız var: sorğu göstərib ki, respondentlərin demək olar ki, 40%-i (!) üçün ideal ailə - ər, arvad və 3, hətta 4 (!) uşaqdır.

İndi məsələ bizim bundan sonra hansı qərarı qəbul etməyimizdədir.      




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.