Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 27.12.2013 - «AZƏRBAYCAN AİLƏSİ»

 

27.12.2013

Qarşılıqlı hörmət, ər və arvad sədaqəti, uşaqlar, məhəbbət, yaxşı mənzil şəraiti və maddi imkan – bu gün uğurlu Azərbaycan ailəsinin əsas əlamətləri məhz bunlar hesab olunur. Artıq intim münasibətlərdən məmnunluq, ər və arvadın bərabər sosial vəziyyəti «yarımış» ailənin əsas qiymətləndirmə meyarları kimi daha az nəzərdən keçirilir. Bunu «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ümumrespublika ictimai rəy sorğusunun nəticələri göstərir.

Sorğu zamanı məlum olub ki, rəyi soruşulanlar valideynlərdən ayrı yaşamağı, əyləncəyə və dostara vaxt ayırmaq imkanının olmasını ailə firəvanlığının əlamətlərinə aid etmir.

Cədvəl 1.

________________________________________________________________________

 

«SİZCƏ AŞAĞIDAKI AMİLLƏR AİLƏ RİFAHI ÜÇÜN NƏ DƏRƏCƏDƏ VACİBDİR?»

     Vacibdir       Vacibdeyil       «vacibdir» və «vacib

    deyil» cavablarının       arasındakı fərq

qarşılıqlı hörmət                                                         99,1%             0,3%               98,8

ər və arvad sədaqəti                                                 98,5%             0,6%                97,9

uşaqlar                                                                        96,0%             2,2%               93,8

məhəbbət                                                                   93,6%             5,1%               88.5

yaxşı mənzil şəraiti                                                    92,3%             6,6%               85,7

maddi imkan                                                               91.3%             7,5%               83,8,

intim münasibətlərdən

məmnunluq                                                                46,7%             14,7%             32,0

bərabər sosial vəziyyət                                              54,7%             42,4%             12,3

valideynlərdən ayrı yaşamaq                                   40,7%             55,3%             -14,6

əyləncə və dostlara vaxt

ayırmaq imkanı                                                            48,1%             48,2%             =

________________________________________________________________________

Təxmin edildiyi kimi, xanımların və kişilərin firəvan ailə barədə təsəvvürləri fərqlidir: birincilər üçün uşaqların mövcudluğu, maddi imkan, ər və arvadın biri birinə qarşılıqlı hörməti və mənzil şəraitinin yaxşı olması vacibdirsə, güclü cinsin təmsilçiləri üçün gəlirlər və maddi rifah daha az rol oynayır.

Sorğu həmçinin demoqrafik davranışın bəzi neqativ özəlliklərini də üzə çıxarıb. Bu özəlliklər bölgələrə deyil, daha çox Azərbaycan paytaxtına xarakterikdir. Hərçənd, ilk baxışdan vəziyyət yetərincə ürəkaçan görsənir. Doğrudan da, qadınların fikrincə, ailədə uşaqların gözlənilən sayı orta hesabla 2,9, arzu edilən sayı isə («şərait olarsa, nə qədər uşağınızın olmasını arzu edərdiniz?») - 3,8 təşkil edir.

Məlum olduğu kimi, əhalinin sıfır artımı»nı təmin etmək üçün ailədə uşaqların minimal sayı 2,3 olmalıdır. Deməli, ölkənin demoqrafik perspektivləri ilk baxışdan pis görünmür. Lakin, təəssüfki, respondentlərin cavablarının müfəssəl təhlili bu mənzərəni əhəmiyyətli şəkildə dəyişir.

35-44 yaş arasında olan qadınların 20 il bundan əvvəl 20 yaşdan da gənc olduğunu nəzərə alaraq, ayrı-ayrı yaş qrupları üzrə doğumun incəliklərini nəzərdən keçirək. Eyni yanaşmanı 25-35 yaş arasında olanlara da şamil edək. (Əslində bu o qədər də doğru yanaşma deyil, çünki insane yaşlandıqca və sosial faktorlar dəyişdikcə, demoqrafik davranış da dəyişir: doğum səviyyəsi aşağı düşür).

Yaşı 24-dək olan xanımların sözlərinə əsasən, onlar orta hesabla 2,4 uşaq sahibi olmaq fikrindədir, bütövlükdə isə zərif cinsin təmsilçiləri 3,5 övlad dünyaya gətirmək niyyətindədirlər.

Bu arada 25-34 yaş qrupuna aid xanımlar orta hesabla 2,1 uşaq, 35-44 yaşlı qadınlar isə 2,3 uşaq dünyaya gətiriblər.

Başqa sözlə, reproduktiv davranış modelləri arzu olunan 3,5uşaqdan real olaraq dünyaya gətirilən 2,3 uşaq göstəriciləri arasında dəyişir.

Daha bir prinsipial vacib məqama diqqət yetirək: dini faktor. Bu, doğum səviyyəsinə güclü təsir göstərən bir amildir. Mütəxəssislər bu təsirdən onsuz da xəbərdardır, sorğu isə dini normaların «stimullaşdıran təsiri»ni bir daha təsdiqləyib. Bakı üzrə rəqəmlərə nəzər salmaq kifayətdir.

Cədvəl 2.

________________________________________________________________________

SUALLAR:                          CƏMİ                        DİNDARLAR                      DİNDAR

BAKI  ÜZRƏ                                              OLMAYANLAR

 

 

Neçə uşağınız var?                             2,3                              2,6                              2,2

Ailənizdə uşaqların ideal

sayı neçə olmalıdır?                           3,2                              3,5                              3,0

Cəmi neçə uşaq sahibi olmağı

düşünürsünüz?                                   2,7                              2,9                              2,8

Şərait olsaydı neçə uşaq sahibi

olmaq istərdiniz?                                3,6                              4,1                              3,5

________________________________________________________________________

Təkrar edək: hələlik belə vəziyyət əsasən Bakı üçün xarakterikdir, lakin, məlum olduğu kimi, paytaxtların davranış modelləri «keçici»dir və tez yayılır.

«Omnibus» tipli ictimai rəy sorğusu «Rəy» Monitorinq Mərkəzi tərəfindən 2013-cü il dekabrın 15-18-də keçirilib. Yaşayış yeri üzrə üz bə üz müsahibə yolu ilə keçirilən sorğuya ölkənin 36 yaşayış məntəqəsində 1600 nəfərəyaxın respondent cəlb olunub. Statistik xəta 3% təşkil edir.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.