Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 17.01.2014 - «QARA YANVAR» - XALQIN QƏHRƏMANLIQ TARİXİDİR

 

17.01.2014

Bir neçə gündən sonra Azərbaycan 1990-cı il 20 yanvar hadisələrinin 24-cü ildönümünü qeyd edəcək. Bu gün xalqımızın tarixinə heç vaxt yaddaşlardan silinməyəcək çox vacib bir səhifə kimi yazılıb.

Üstündən yetərincə çox vaxt keçməsinə baxmayaraq, «Qara yanvar» hadisələri cəmiyyətdə hələ də birmənalı qiymətləndirilmir:  bəziləri o zaman ümumxalq faciəsinin baş verdiyini düşünür, digərləri isə həmin günü milli ruhun dirçəldiyi gün sayır. Onların fikrincə, 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan xalqı qəhrəmanlıq salnəməsi yazaraq, müstəqillik yolunda öz qanından və canından keçib.

Bu illər ərzində yeni nəsil yetişib, bəs insanların həmin hadisələrə münasibəti necə, dəyişibmi, baş verənlər bu gün necə qiymətləndirilir? 

Məsələyə aydınlıq gətirmək üçün «Rəy» Monitorinq Mərkəzi ötən il dekabrın əvvəlində «omnibus» tipli ümumrespublika ictimai rəy sorğusu çərçivəsində respondentlərə belə bir sualla müraciət edib: «Sizcə, 1990-cı ilin 20 yanvarı ilk növbədə ümumxalq faciəsidir, yoxsa millətin qəhrəmanlıq tarixi?»

Qeyd edək ki, respondentlər qarşısında konkret seçim qoyulub və hansısa aralıq cavab variantları istisna edilib. Məsələn, «bu hadisələr həm ümumxalq faciəsi, həm də millətin qəhrəmanlıq tarixidir» kimi cavab seçmək mümkün olmayıb və bu, bilərəkdən  edilib. Çünki məlum olduğu kimi, müxtəlif cavab variantlarının olması vəziyyəti aydın əks etdirməyə imkan vermir, sorğuda isə məqsəd iki müxtəlifqütblü yanaşmanın inkişaf meyllərini üzə çıxarmaq idi.

Nəticədə, ortaya çıxmış fikirlərin mənzərəsi bir qədər kobud da olsa, daha aydın görünür. Və bu mənzərə açıq-aydın göstərir ki, kütləvi şüurda dəyərlərə yanaşma nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər dörd il əvvəl vətəndaşların əksəriyyəti 20 yanvarı ilk növbədə faciə sayırdısa, bu gün əhalinin yarısı (sorğunun nisbi xətası nəzərə alınmaqla) bunu milli qəhrəmanlıq səhifəsi hesab edir. 

Ötən illərin nəticələrini birgə müqayisə edək:

____________________________________________________________________________

«SİZCƏ, 1990-CI İLİN 20 YANVARI İLK NÖVBƏDƏ ÜMUMXALQ FACİƏDİR, YOXSA MİLLƏTİN QƏHRƏMANLIQ TARİXİ?»

2014-cü il       2010-cu il        2008-ci il         2006-cı il

 

bu, ümumxalq faciəsidir                     48%                59%                63%                68%

bu, millətin qəhrəmanlığıdır                52%                41%                37%                32% ____________________________________________________________________________

Yeri gəlmişkən, rəyi soruşulanların cinsinə və sosial vəziyyətinə görə 20 yanvara yanaşma ya çox az fərqlənir, yaxud da hesablamaların nisbi xətasından artıq deyil. Yaş və təhsilə görə isə, respondentlərin yaşı yuxarı, təhsil səviyyəsi isə aşağı olduqca, onların yanaşması da bədbinləşir.

Daha çox 35-44 yaşlı vətəndaşlar bu hadisələrin qəhrəmanlıq kimi qiymətləndirilməsinə tərəfdardırlar.

«Qara yanvar»dan danışarkən qaçılmaz olan hüznlü notlar tədricən ikinci plana keçir. Artıq azərbaycanlıların milli şüurunda başqa tendensiya möhkəmlənməkdədir: Azadlıq və Müstəqillik ucuz başa gəlmir.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfərə yaxın respondent iştirak edib. Nisbi xəta 3 faizdən aşağıdır.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.