Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 03.02.2014 - SURROQAT ANALIQ: «LEHİNƏ» VƏ «ƏLEYHİNƏ»

 

03.02.2014

Məlum olduğu kimi, bir neçə illik müzakirələrdən sonra Milli Məclis Azərbaycanda surroqat analığa qadağa qoyub. Millət vəkilləri hesab edirlər ki, bu prosedur bizim mentalitetə və dini-mənəvi dəyərlərimizə ziddir və hələlik cəmiyyət uşaqların bu yolla dünyaya gəlməsinə hazır deyil.

Bəs, Bakı sakinləri bu barədə nə düşünür, onlar surroqat analığa necə yanaşırlar?

«Rəy» Monitorinq Mərkəzinin 25-30 yanvar 2014-cü ildə keçirdiyi «omnibus» tipli ictimai rəy sorğusu zamanı paytaxt sakinlərinə iki sualla müraciət olunub: «Surroqat anaların xidmətindən istifadə yol veriləndirmi?» və «Bu prosedur insan təbiəti və mənəviyyatına zidd deyilki?»

Məlum olub ki, ictimai şüur surroqat analığı tam rədd etmir. Baxışlar təxminən yarıbayarı bölünür.

Sorğu iştirakçılarının yalnız üçdə biri (35,4%) surroqat analığa birmənalı olaraq «yox» deyir, bir o qədəri də (35,2%) bunu bəzi şərtlərlə mümkün sayır: onlardan 14%-I bu prosedurun təkcə dindarlar üçün yolverilməz olduğunu deyir, 20,9%-i isə bunu yalnız müstəsna hallarda mümkün sayır.

Bu zaman hər 10 nəfərdən birinin surroqat analığa heç bir etirazı yoxdur, 6ı nəfərdən biri isə sualı cavablandırmaqda çətinlik çəkib.

«MƏLUM OLDUĞU KİMİ, BİR ÇOX ÖLKƏLƏRDƏ DÜNYAYA ÖVLAD GƏTİRƏ BİLMƏYƏN UŞAQSIZ AİLƏLƏR SURROQAT ANALARA ÜZ TUTURLAR. SİZCƏ SURROQAT ANALARIN XİDMƏTİNDƏN YARARLANMAQ DOĞRUDUR, YOXSA YANLIŞ?»

Buna heç bir halda yol vermək olmaz                                                         35,4% 

bu, yalnız dindalar üçün yolverilməzdir                                                        14,3%

bu, ailələrin özlərinin dünyaya övlad gətirə

bilmədikləri hallarda mümkündür                                                                 20,9%

bu, istənilən halda normal və yolveriləndir                                                   10,8%

cavab verməkdə çətinlik çəkirəm                                                                18,6%

Gözlənildiyi kimi, dindarlar və yaşı 50-ni ötmüş insanların çoxu bu yolla dünyaya övlad gətirilməsinə mənfi yanaşırlar: dindarların 67%-i, yaşlı insanların isə 62%-I bunun əleyhinə çıxıblar.

Savadlı gənclər və elmi dərəcəsi olan insanlar bir qayda olaraq daha pozitiv kökləniblər.

Maraqlı bir məqam: surroqat analığa nisbətən müsbət yanaşanlar əsasən bir neçə (üçdən çox) uşaq dünyaya gətirmək istəyən qadınlardır.

Ümumi yanaşmaya gəldikdə isə, heç də bütün cəmiyyət surroqat analığı anormal bir hal kimi qəbul etmir.

«BƏZİLƏRİ HESAB EDİRLƏR Kİ, SURROQAT ANALAR İNSANLARA SƏADƏTLƏRİNƏ QOVUŞMAQDA YARDIM EDİR. DİGƏRLƏRİ BU ÜSULUN İNSAN TƏBİƏTİ VƏ MƏNƏVİYYATINA ZİDD OLDUĞU QƏNAƏTİNDƏDİR. BƏS SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ?»

Surroqat analar lazımlı və faydalı iş görürlər                                     35,7%

Surroqat analıq mənəvi baxımdan yolverilməzdir                            36,7%

Cavab verməkdə çətinlik çəkirəm                                                       27,6%

İlk dəfə 1980-ci ildə sınaqdan çıxarılmış surroqat analıq üsuluna Azərbaycanda hələ nadir hallardan rast gəlinir və bu da başa düşüləndir. Axı, insanlar bu üsula ən son zərurət kimi, bütün imkanlardan istifadə etdikdən sonar müraciət edirlər. Və bu bahalı prosedurun həyata keçirilməsinə heç də ehtiyacı olan hər kəsin imkanı çatmır.

Onu da unutmaq olmaz ki, Azərbaycanda hələ də insanlar yanlış olaraq doğum səviyyəsinin qaydasında olduğunu düşünür. Bu səbəbdən, dünyaya övlad gətirməyin bu yolunun real və geniş yayılmış bir üsul kimi qiymətləndiriləcəyinə ümid etmək çətindir. İctimaiyyətin gözündə bu daha çox ekzotik və abstract bir haldır.

Buna baxmayaraq, bizim cəmiyyətin surroqat analığı ümumiyyətlə qəbul etmədiyini demək də doğru olmazdı. Hətta çətin ki, qanunvericilikdəki qadağa surroqat analığı dünyaya övlad gətirmək üçün yeganə şans sayan və buna yetərincə maliyyə imkanı olan insanların qarşısını alsın.

«Omnibus» tipli ictimai rəy sorğusu «Rəy» Monitorinq Mərkəzi tərəfindən 2014-cü il yanvarın 25-30-da keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1300 nəfərə yaxın insane cəlb edilib. Statistik nisbi xətta 3,2%-dən çox deyil.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.