Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 09.06.2008 - AZƏRBAYCANDA İCTİMAİ RƏY: ÇOXARVADLILIĞIN ƏLEYHİNƏ, KƏBİNİN LEYHİNƏ

09.06.2008

Postsovet məkanında Hamletin (Şekspir) atasının kölgəsi kimi sürünən çoxarvadlılığın qanuniləşdirilməsi мясяляси zaman-zaman Azərbaycanda da qabardılır. Bununla belə, bu ideyanın “leyhinə” və”əleyhinə” müxtəlиf arqumentlər gətirən tərəfляр faktiki olaraq əsas amili – xalqın səsini nəzəzrdən qaçırırlar. Bəs bu məsələyə ictimai rəyin münasibəti necədir, ictimai rəy çoarvadlılığın bizim ölkəmizdə qanuniləşdirilməsinə necə münasibət göstərir?

 2008-ci ilin may ayının sonlarında ümumrespublika ictimai rəy сорьусу keçirmiş “Rəy” Monitorinq Mərkəzi bu qəbildən olan suallara cavab tapmağa cəhd göstərmişdir. 18 və yuxarı yaşlı 1400 nəfərdən artıq respondent ”üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilmişdir.

Beləliklə, Azərbaycanda чохарвадлылыьын qanuniləşdirilməsi ideyası necə qiymətləndirilir?

 «MƏLUMDUR Kİ, MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ ÇOXARVADLILIQ MÖVCUDDUR.SİZCƏ, AZƏRBAYCANDA ÇOXARVADLILIĞI TƏTBİQ ETMƏYƏ DƏYƏRMİ?»

 

Bir sözlə, бу ideya рядд едилир, xalq çoxarvadlılığın əleyhinədir. Lakin bu, birmənalıdırmı? Əlbəttə ki, yox: mюминляр sorğunun dindar olmayan iştirakçıları ilə müqayisədə bu nigah formasını alqışlayırlar.

 

Cədvəl 1

--------------------------------------------------------------------------------------------------------------

Azərbaycanda çoxarvadlılığı                             Siz namaz qılırsınızmı

tətbiq etməyə dəyərmi?                                          Bəli                      Xeyr

--------------------------------------------------------------------------------------------------------------

Bəli, vaxtı çoxdan çatıb                                             11%                            5%

Bəli,lakin yalnız müsəlmanlar üçün                           11%                            4%

Xeyr, əleyhinəyəm                                                     69%                            87%

Demək çətindir                                                          9%                              6%

Cəmi:                                                                        100%                           100%

--------------------------------------------------------------------------------------------------------------

Cavablandırılmış anketlərə əsasən deyə bilərik ki, kişilər çoxarvadlılığın tətbiqi “perspektiv”lərini qadınlara nisbətən (4%) müsbət qiymətləndirirlər.  65 yaşdan yuxarı respondentlər və 18-24 yaş qrupunda bu nigah formasına münasibət yaxşıdır (75-77%), digər yaş qruplarında isə mənfi münasibət açıq şəkildə özünü büruzə verir.

Maraqlı bir мягама диггят йетиряк: çoxarvadlılığın tərəfdarları boşanmışlar (bu və ya digər formada «leyhinə» - 15%), həm də öz “yarı”sını itirmiş qadınlar və kişilər arasında  daha çoxdur (dul kişilər arasında təxminən 40%,  dul qadınlar arasında 16%). Onları da yəqin ki, başa düşmək olar.

Yeri gəlmişkən, ölkədə дини kəbinə loyal münasibət hökm sürür. Və bu münasibət daha çox namaz qılanlarda, daha doğrusu dindarlarda müşahidə olunur.

Cədvəl 2

---------------------------------------------------------------------------------------------------------------------

«SON ZAMANLAR BİZDƏ KƏBİN DAHA ÇOX TƏTBİQ OLUNUR. SİZCƏ, KƏBİN ZƏRURİDİRMİ?»

---------------------------------------------------------------------------------------------------------------------

Bəli, yalnız müsəlmanlar üçün                                                          79%

Müsəlmanlar üçün arzuolunandır, lakin mütləq deyil                       13%

Xeyr, əleyhinəyəm                                                                           4%

Demək çətindir                                                                                 4%

---------------------------------------------------------------------------------------------------------------------

Cədvəl 3

------------------------------------------------------------------------------------------------------------------------

Sizcə, kəbin zərurudurmi?                                                Siz namaz qılırsınızmı?

                                                                                            Bəli                   Xeyr

------------------------------------------------------------------------------------------------------------------------

Bəli, lakin yalnız müsəlmanlar üçün                                   92%                   77%

Müsəlmanlar üçün arzuolunandır, lakin mütləq deyil           8%                  15

Xeyr, əleyhinəyəm                                                                -                      4%

Demək çətindir                                                                     -                      5%

Cəmi:                                                                                 100%                  100%

------------------------------------------------------------------------------------------------------------------------

Başqa sözlə, kəbin get-gedə nəinki müsbət qəbul olunan, hətta geniş yayılan faktora çevrilir.Əslində burda pis heç nə yoxdur, çünki kəbin bizim qanunvericiliyimizlə təzad təşkil etmir və dindarların şəxsi işi hesab olunur.  Həmçinin kəbin heç də artıq element deyil,çünki o ailəni möhkəmləndirir. Yalnыz birt şərtlə: kəbin дювлят тяряфиндян рясмиляшдирилян nigahı əvəz etməməli, onu möhkəmlətməlidir. Əks halda xoşagəlməz hallarla üzləşmək олар. Belə ki, dövlətin nöqteyi-nəzərindənВВАГ ниэащы olmadan dünyaya gələn uşaqlar, bütün hüquqi fəsadları ilə nigahdan kənar hesab olunurlar. Statastika göstərir ki, ölkədə nigahdan kənar dünyaya gələn uşaqların sayı durmadan artır. Əgər 1970-ci ildə onlar yeni doğulmuş körpələrin 3,1%-ini təşkil edirdisə, 2004-cü ildəbu göstərici 20,3%-dəк yüksəlmişdir. Yəni, dünyaya gələn hər beşinci körpə qeyri-rəsmi nigahın “məhsul”udur. Yeri gəlmişkən, kəndlərdə qeyri-rəsmi nigahdan doğulmuş körpələr 21,9%, şəhərdə isə 18,3% təşkil edir. Və bunun ясас сябяби ВВАГ-ла рясмиляшдирилмямиш kəbinin “dəb”ə минмясидир.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.