Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 06.09.2009 - HESABLANMIŞ AİLƏ XOŞBƏXTLİYİ?

06.09.2009

HESABLANMIŞ AİLƏ XOŞBƏXTLİYİ?

 Məlumdur ki, ailə qurmağın iki fərqli modeli var: «sevgiyə əsaslanan nigah» və «qabaqcadan hesablanmış nigah». Bəziləri deyirlər ki, əgər əvvəlcədən sevgi yoxdursa, ailə xoşbəxtliyi də olmayacaq. Digərləri hesab edirlər ki, sonradan peşman olmamaq üçün, əvvəlcədən hər şeyi ölçüb-biçmək lazımdır.

Bu nigah modellərinə münasibət yaşdan, həyat təcrübəsindən, sosial-mədəni normativlərdən asılı olaraq dəyişə bilər. Təbii ki, zaman dəyişir və paralel olaraq ailə-nigah  münasibətləri modelləri də dəyişikliyə uğrayır.

Bəs, bizim ölkəmizdə nigaha daxil olmaq üçün hansı əsaslara daha çox üstünlük verilir, hansı yanaşma dəbdədər: «sevgiyə əsaslanan nigah» və «qabaqcadan hesablanmış nigah»?

Bu suallara suallara cavab tapmaq üçün “Rəy” Monitorinq Mərkəzi sentyabrın 25-26-da  Bakı şəhərində 800 respondent arasında sorğu keçirib.

            Beləliklə, sorğu nə aşkarladı?

Respondentlərin böyük əksəriyyəti (87%) hesab edir ki, nigaha daxil olarkən ilk növbədə ağılla hərəkət etmək lazımdır. Yalnız 10% düşünür ki, bu halda hisslərə güvənmək vaciddir (3% cavab vermkdə çətinlik çəkib).

Maraqlı cəhət odur ki, cavabların bu cür bölüşdürülməsinin cins, yaş və nigahdakı durumla əlaqəsi yoxdur, yəni, demək olar ki, bütün kateqoriyalarda tendensiya eynidir.

Aydındır ki, bu seçim müxtəlif şəraitlərlə izah oluna bilər. Amma ən əsası odur ki, insanlar xoşbəxtlik üçün sevginin kifayət olmadığı qənaətindədirlər. Üstəlik, qarşılıqlı hörmət, bir-birinə bağlılıq, partnyorun etibarlılığında əminlik kimi amillər də var.

Respondentlərin “Sizcə, hansı nigahlar daha dayanıqlıdır: sevgi ilə, yaxud ağlla qurulan nigahlar?” sualını cavablandırarkən ilk növbədə birinci varianta meyl etmələri qətiyyən təsadüfi deyil. Birinci alternativi respondentlərin 85%-dən çoxu, ikinci alternativi isə 11%-i seçib.  

            Beləliklə, ilk baxışdan belə nəticə çıxarmaq olar ki, praqmatizm üstün gəlir.  Bu analizlə razılaşmaq olardı, bir “amma” olmasaydı. Məsələ bundadır ki, hansı nigahın daha xoşbəxt olduğuna dair sualı cavablandıran respondentlərin 68%-i hesab edir ki, “sevgiyə əsaslanan nigah» nəticəsində qurulmuş ailələr daha xoşbəxt olur. Rəyi soruşulanların yalnız 21%-i «qabaqcadan hesablanmış nigah»ın xoşbəxtlik rəhni olduğunu düşünürlər. Respondentlərin 11%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Sorğu nəticəsində məlum olub ki, sevgiyə “meyllilik”, gözlənildiyi kimi,  daha çox cavanlar və subaylar üçün səciyyəvidir.

Bir sözlə, ağılla hiss, həmçinin, köhnə nigah qəlibləri ilə yeni reallıqlar arasında təzad var. 

Aydındır ki, yalnız Bakı şəhərini əhatə etmiş sorğunun nəticələrini bütün Azərbaycana aid etmək olmaz. Odur ki, “Rəy” Monitorinq Mərkəzi bu mövzuda təhlillərini davam etdirəcək.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.