Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Prezident sorğuları -> 30.03.2008 - İctimai rəy sorğusunun nəticələri

30.03.2008

«Rəy» Monitorinq Mərkəzi martın 14-dən 17-dək Azərbaycanın 29 yaşayış məntəqəsində 18 və yuxarı yaşlı 1486 respondent arasında «üzbəüz müsahibə» metodu ilə keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələrini təqdim edir.  Nisbi xəta + 3,0%.

 Sorğu zamanı məlum olub ki, ölkə əhalisi özünün hazırki sosial durumunu bütövlükdə müsbət qiymətləndirir.

Təhlil göstərir ki, rəyi soruşulanların 77%-i öz həyatından tam və ya qismən razıdır.

Bu zaman onlardan 55,1%-i həyatlarından birmənalı olaraq razı qaldıqlarını, 21,9%-i isə «daha çox razı» qaldıqlarını qeyd ediblər.

Yalnız 10% respondent öz həyatından ümumiyyətlə narazı olduğunu bildirib.

Son bir-iki il ərzindəki öz həyat səviyyəsini qiymətləndirərkən, respondentlərin 48%-i yaşayışınxeyli və ya bir qədər yaxşılaşdığını qeyd edib (müvafiq olaraq 18,4% birinci, 29,5% isə ikinci cavab variantını seçib).

Daha 29,5% respondent isə vəziyyətin dəyişmədiyini düşünür.

«Yaşayış xeyli pisləşib» variantını respondentlərin 8,2%-i seçib. 

Rəyi soruşulanların 35,7%-nin fikrincə, ümumilikdə ölkəmizdə işlər düzgün istiqamətdə gedir. 26,3% respondent isə işlərin daha çox düzgün getdiyini düşünür.

11,6% respondent fərqli düşünür - onların fikrincə, ölkədə işlər yanlış istiqamətdə inkişaf edir.

Məlumdur ki, ölkənin sosial-iqtisadi rifahı cəmiyyətdə siyasi əhval-rühiyyəni formalaşdıran amillərdən biridir.

«Rəy» Monitorinq Mərkəzinin keçirdiyi sorğu göstərib ki, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilərsə, seçkilərdə iştirak edəcək respondentlərin 83,7%-i öz səslərini İlham Əliyevə verərdi.

Rəyi soruşulanların 80%-ə yaxını prezident İlham Əliyevin fəaliyyətinin onların gözləntilərini doğrultduğunu qeyd edib. (41,9% - «doğruldur», 37,8% isə «daha çox doğruldur» variantlarını seçib).

İ. Əliyev prezident postunda cəmi 3,5% respondentin gözləntilərini doğrultmayıb.

«İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualına cavablar isə  aşağıdakı şəkildə bölüşüb:

«İ. Əliyev sadə insanların maraqlarına cavab verir»- 52,8%;

«daha çox cavab verir» - 30,2%;

«daha çox cavab vermir» - 4,2%;

«cavab vermir»- 5,5%.

Respondentlərin 7,3%-i sualı cavablandırmaqda çətinlik çəkib.

Respondentlərin 73,9%-nin fikrincə, İ. Əliyevə alternativ yoxdur və yalnız 14,3% hesab edir ki, ona alternativ var.

«İ. Əliyevin prezident olduğu son 3-5 ildə onu dəstəkləyənlərin sayı artıb, yoxsa azalıb?»sualını cavablandırarkən, sorğuda iştirak edənlərin 76,6%-i «xeyli artıb» və ya «bir qədər artıb» variantlarını seçiblər. 11% isə vəziyyətin dəyişmədiyi qənaətindədir.

Yalnız rəyi soruşulanların 3,5%-i prezident İ. Əliyevi dəstəkləyənlərin sayının bir qədər azaldığını, cəmi 1,1% isə xeyli azaldığını qeyd edib.

Rəyi soruşulanların təxminən 20%-nin fikrincə, kənardan edilən təzyiqlərə baxmayaraq, rəsmi Bakı hər zaman öz müstəqil siyasi xəttini yürüdə bilir. Daha 33,8% respondent isə hesab edir ki,prinsipial əhəmiyyətli məsələlərdə Azərbaycan öz siyasətini yürüdə bilir.

Daha 10,7% qeyd edib ki, rəsmi Bakı nadir hallarda müstəqil siyasət yürüdə bilir və cəmi 9% Azərbaycanın adətən başqalarının qaydaları ilə oynamalı olduğunu bildirib.

27,2% sualı cavablandırmaqda çətinlik çəkib.

Vətəndaşların hakim Yeni Azərbaycan Partiyasına (YAP) münasibətinə gəldikdə isə, respondentlərin 52,4%-nin fikrincə, hakim partiya onların maraqlarına tam və ya qismən cavab verir.

Sorğu zamanı əhalinin ölkə müxalifətinə münasibəti də öyrənilib. Rəyi soruşulanların 78,1%-nin fikrincə, Azərbaycan müxalifəti sadə insanların maraqlarına cavab vermir: 66,8% respondent birmənalı olaraq belə düşünür, 11,3% isə «daha çox cavab vermir» variantını seçib.

Yalnız 0,8% hesab edir ki, müxalifət onların maraqlarına cavab verir, 2,7% isə bu fikri qismən bölüşür.

Rəyi soruşulanların 18,4%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 30,5%-i hesab edir ki, Azərbaycan müxalifətinin birləşməsinə «onların şəxsi ambisiyaları mane olur».

Daha 28,1% qeyd edib ki, «bizdə əsl müxalifət yoxdur, onlar yalnız başqa əllərdə «oyuncaqdırlar»»,  6,9% isə düşünür ki, müxalifətin birləşə bilməməsinə səbəb hakimiyyətin müxalifəti neytrallaşdırmaq üçün apardığı «savadlı oyun»dur.

32,6% respondent sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğunun nəticələri göstərir ki, rəyi soruşulanların əksəriyyəti - 64,9% müxalifətin 2010-cu il parlament seçkiləri ərəfəsində də birləşə bilməyəcəyinə əmindir.

Cəmi 1,8% respondent bunun əksini düşünür, 5,9% isə onların fikrini qismən bölüşür.

27,4% sualı cavablandırmaqda çətinlik çəkib.

«Son 3-5 ildə müxalifəti dəstəkləyənlərin sayı artıb, yoxsa azalıb?» sulana  respondentlərin 46,8%-i «xeyli azalıb», 17,6%-i «bir qədər azalıb» deyə cavab verib.

Cəmi 2,8% respondent müxalifəti dəstəkləyənlərin sayının bir qədər artdığını, 1,7% isə xeyli artdığını qeyd edib.

22,2% bu sualı cavablandırmaqda çətinlik çəkib.

İctimai rəy sorğusu göstərib ki, ölkə əhalisi bu ilki parlament seçkilərində fəal iştirak etmək fikrindədir. Sorğuya cəlb olunanların təxminən 60%-i onların səsinin heç nə həll etmədiyi barədə deyilənlərlə razı deyil.

Yalnız 18,2% respondent onların səsinin heç nə həll etmədiyni bildirib, 9,5% isə bu fikrlə qismən razılaşıb.

Rəyi soruşulanların əksəriyyəti - 78,2% parlament seçkilərində iştirak etmək fikrində olduqlarını qeyd edib.

Onlardan 51,3% birmənalı olaraq səsverməyə gedəcəyini, 26,9% «yəqin ki» iştirak edəcəyini bildirib.

Cəmi 13,5% respondent ümumiyyətlə seçkidə iştirak etməyəcəyini qeyd edib.

DEMOQRAFİK GÖSTƏRİCİLƏR

Respondentlərin cinsi tərkibi: 48,9% - kişilər, 51,1% - qadınlar.

Yaş strukturu: 17,4% respondent - 18-24 yaş, 22,9% - 25-34 yaş, 23,2% - 35-44 yaş, 19% - 45-54 yaş, 10,4% - 55-64 yaş, 7,1% - 65 yaşdan yuxarı.

Ailə vəziyyəti: 74,6% - evli, 19,8% - sübay, 4,6% - dul, 1% - boşanmış.

Təhsil səviyyəsi: Sorğuya cəlb olunanların 52,2%-i orta, 24,4%-i  - ali, 17,2%-i - orta ixtisas, 3,2%-i - natamam ali, 3%-i - ibtidai və ya natamam orta təhsilli vətəndaşlardırlar.

Məşğuliyyət növü: Respondentlərin 22,8%-ni evdar qadınlar, 22,4%-ni - işsizlər, 19,6%-ni - dövlət müəssisə və təşkilatlarının işçiləri, 10,7%,-ni təqaüdçü və əlillər, 8,3%-ni özəl müəssisə və təşkilatların əməkdaşları, 4%-ni - tələbələr, 10%-ni - fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər,  1,8%-ni - sahibkarlar, 0,2%-ni - xarici və ya beynəlxalq təşkilatların əməkdaşları, 0,2%-ni isə başqa sahələrin təmsilçiləri təşkil edib.

 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.