Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Bakı sorğuları  -> 14.12.2009 - DONUZ QRİPİ” TƏHLÜKƏSİ: İNSAN TƏXƏYYÜRÜNÜN MƏHSULU, YOXSA REALLIQ?

04.12.2009

“Rəy” Monitorinq Mərkəzi Bakı şəhərində “donuz qripi” ilə bağlı keçirilmiş ictimai rəy sorğusunun nəticələrini təqdim edir. Sorğu noyabr ayının 23-26-da keçirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (71%) hesab edir ki, onlar “donuz qripi” barədə yetərincə məlumatlıdırlar, 28%-i isə bu xəstəlik barədə müəyyən məlumata malik olduğunu qeyd edib.

Yalnız 1% etiraf edib ki, bu virus barədə ilk dəfə sorğu götürənlərdən eşidirlər.

Məlum olub ki, bu virusdan qorxanlarla qorxmayanların sayı təxminən eynidir: 40% və 41%.

Daha 19% respondent isə yeni xəstəliyi adi qrip virusu qədər təhlükəli sayır.

Başqa sözlə, onlar məsələyə “qorxan gözə çöp düşər” prinsipi ilə yanaşırlar.

Son zamanlar “donuz qripi”nin özündən nə kəsb etməsi ilə bağlı müxtəlif fərziyyələr səslənir. Bəziləri bunun yeni və təhlükəli bir virus olduğunu deyir, digərləri isə hesab edirlər ki, bu, sadəcə insanların epidemiya xofundan istifadə edib varlanmaq istəyən dərman istehsalçılarının uydurmasıdır.

Bəs Bakı sakinləri nə fikirdədirlər?

Bu məsələdə onların fikirləri iki bərabər hissəyə bölünüb. Rəyi soruşulanların 52%-i hesab edir ki, söhbət doğrudan da yeni və təhlükəli virusdan gedir, 45%-i isə bunu insanların epidemiya xofundan istifadə edib varlanmaq istəyən dərman istehsalçılarının uydurması sayır.

Hərçənd, yanaşmaların belə fərqliliyi təbiidir. Bu mürəkkəb məsələdə əhali tam olaraq ekspertlərin fikrinə əsaslanır ki, onların da mətbuat vasitəsilə yayılan fikirləri biri birinə ziddiyyət təşkil edir.

Odur ki, əhali kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Qripə qarşı peyvənd etdirmək lazımdırmı?

Rəyi soruşulanların 36%-i əmindir ki, “bəli, hər mövsümdə və hər virusa qarşı peyvənd olunmaq lazımdır”, 11%-nin fikrincə peyvəndi yalnız “donuz qripi”nə qarşı etdirmək lazımdır, 9% isə hesab edir ki, adi qripə qarşı peyvənd etdirmək lazımdır, amma məxsusi “donuz qripi”nə qarşı ehtiyac yoxdur.

Daha 31% respondent isə bu qənaətdədir ki,  peyvənd etdirmək ümumiyyətlə lazım deyil.

12% cavab verməkdə cətinlik çəkib.

İstənilən halda, sorğunun nəticələrindən görünür ki, paytaxt sakinlərinin 40%-i “donuz qripi”nə tutulmaq ehtimalına “fəlsəfi” yanaşır və mürəbbəli çay, bal və digər dədə-baba üsulları ilə müalicəyə üstünlük verir.

Daha 27% proffilaktika məqsədilə vitaminlər və müqaviməti gücləndirən dərmanlardan istifadə edir.

Rəyi soruşulanların dörddə biri isə heç bir proffilaktik tədbir görmür.

Cavabların belə mənzərəsini müxtəlif amillərlə izah etmək olar: ümumi sosial-informasiya fonu ilə, milli səhiyyəmizin fəaliyyəti ilə və o faktla ki, bizdə “donuz qripi”ndən bir dənə də olsun ölüm faktı qeydə alınmayıb. Və bütün bu izahları əsaslı saymaq olar.

Lakin, “Rəy” Monitorinq Mərkəzinin sosioloqları hesab edirlər ki, insanlarda bu virus barədə rəyin formalaşmasına daha çox bizim mentalitetin xüsusiyyətləri təsir göstərir.

Diqqət yetirin!

SUAL

«DEYİRLƏR Kİ, AZƏRBAYCANLILAR ADƏTƏN ÖZ SAĞLAMLIQLARINA DİQQƏT ETMİRLƏR VƏ BU, AZ QALA BİZİM MİLLİ XÜSUSİYYƏTİMİZƏ ÇEVRİLİB. BU FİKİRLƏ RAZISINIZMI?»

45% - bəli, razıyam                                       

15%-  yəqin ki, razıyam                                           

29% - yəqin ki, razı deyiləm

11% - xeyr, razı deyiləm

 Sorgu 700-dən çox respondenti əhatə etmişdir, statistik xəta 4%-dən aşağıdır.

 

 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.