Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Haqqimizda

 Rəy» Monitorinq Mərkəzi (MM) 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mərkəz ictimai rəyin öyrənilməsi, ekspert sorğularının keçirilməsi, sosial-siyasi və iqtisadi mövzularda, demoqrafiya, xarici siyasət, mədəniyyət, KİV və s. sahələrdə sosioloji və sosial-psixoloji tədqiqatların aparılmasında ixtisaslaşıb.  

Biz tədqiqat prosesini əvvəldən sonadək, yəni alət və vasitələrin hazırlanmasından tutmuş sorğunun keçirilməsi və nəticələrin təqdimatına kimi həyata keçiririk. «Rəy» MM müasir vasitə və metodların ən geniş spektrindən istifadə etməklə müxtəlif sosioloji tədqiqatlar keçirir, onların keyfiyyət və kəmiyyət təhlilini aparır. Bir sözlə bu, ölkənin ən operativ və etibarlı sosioloji xidmətlərindən biridir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu informasiya agentlikləri və qəzetləri xüsusən parlament və prezident seçkiləri zamanı  «Rəy» MM-in məlumatlarına istinad edir.

 Təkcə 2009-cu ildə Mərkəz onlarla müxtəlif açıq tədqiqat aparmış, bundan başqa konkret sifarişçilərin sifarişi ilə nəticələri heç yerdə dərc olunmayan sorğular keçirib. «Rəy» MM-in sifarişçiləri arasında həm özəl, həm də dövlət qurumları var. Məsələn Atatürk Mərkəzinin sifarişi ilə «Azərbaycan-Türkiyə: biri birimizi necə görürük» mövzusunda sosial-psixoloji tədqiqat aparılıb. Bundan başqa Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfərinə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə, Azərbaycanın NATO-ya qəbul olunmasına, doğum problemlərinə və s. mövzulara həsr olunmuş sorğular da böyük marağa səbəb olublar. Tərəddüdsüz demək olar ki, əldə olunan məlumatların dərin və ciddi təhlilinə xüsusi diqqət yetirən «Rəy» MM qeyri-standart və mürəkkəb məsələlərin həllində ixtisaslaşıb.

 Fəal elektoral araşdırmalarla məşğul olan «Rəy» MM parlament və prezident seçkiləri ərəfəsində silsilə sorğular keçirir. Bu zaman seçicilərin əhval-ruhiyyəsi təhlil olunmaqla yanaşı proqnoz modelləri də hazırlanır. 2008-ci il prezident seçkiləri zamanı «Rəy» MM 64 seçki dairəsinin 400 məntəqəsini əhatə etməklə «exit-poll» da həyata keçirib. Bu, çox çətin və məsuliyyətli bir iş idi. Buna baxmayaraq «Rəy» MM qabaqcadan elan etdiyi kimi seçki məntəqələri bağlanandan cəmi 1 saat sonra ilkin nəticələri dərc edən ilk təşkilat oldu.

«Rəy» MM-in fəaliyyətinin vacib istiqamətlərindən biri də sosial-iqtisadi tədqiqatların aparılmasıdır. Bu istiqamətdə cəmiyyət həyatının sosial və iqtisadi sahələrinin kəsişməsində baş verən hallar, gedən proseslər təhlil olunur. Tədqiqatlar kompleks və çoxplanlı xarakter daşıyır. Onlar mürəkkəb sosial proseslərin təhlilinə, sosial strukturda və ictimai şüurda baş verən dəyişikliklərlə bağlı problemlər spektrinin öyrənilməsinə yönəlib.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.