Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
24.07.2014 BAKI SAKİNLƏRİ YAY ÜÇÜN PLANLAR QURURLAR

BAKI SAKİNLƏRİ YAY ÜÇÜN PLANLAR QURURLAR

 

Artıq yay mövsümü yarıya çatıb və havalar daha da isinməkdədir. Bu isə o deməkdir ki, məzuniyyət mövsümü başlayıb. Bəs Bakı sakinləri qızmar yayın birinci yarısını necə keçiriblər, mövsümün qalan hissəsi ilə bağlı hansı onların planları var? «Rəy» Monitorinq Mərkəzi bu suallara cavab tapmaq məqsədilə 2014-cü il iyulun 15-dən 18-dək Bakı şəhərində ictimai rəy sorğusu keçirib.

Yaşı 18 və yuxarı olan təxminən 1000 nəfər işləyən paytaxt sakinini əhatə etmiş sorğu yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilib. Nisbi xəta 3,5%-dən artıq deyil.

Sorğunun nəticələri göstərir ki, respondentlərin üçdə biri (36%) məzuniyyətlərini necə keçirəcəklərinə hələ də qərar verməyiblər.

Rəyi soruşulanların 15% bağda dincəlir, 9% xaricdə istirahət edib və ya etmək niyyətindədir, 19% məzuniyyətini rayonlarda keçirib və ya keçirəcək, qalan 21% isə Bakıda qalaraq istirahət günlərini çimərlikdə keçirməyi düşünür.

Tətilə xaricə yollanmaq istəyən Bakı sakinlərinin üçdə birindən çoxu (38%) Türkiyəni, təxminən o qədər də insan Gürcüstanı seçib, qalan 25%-ə  qədəri «bir-iki günlük də olsa» Avropaya səfər etməyi düşünürlər.

Qeyd edək ki, əvvəlki illər xaricdə istirahətə üstünlük verən respondantlərin tətil planlarında böyük fərqlə üstünlüyü ələ alan Türkiyə, tədricən mövqelərini Gürcüstana verməkdədir.

Sorğu iştirakçıları Türkiyə kurortlarında istirahəti daha komfortlu saysalar da, qardaş ölkədə tətil Gürcüstandakından baha başa gəlir. Respondentlərin seçiminə təsir edən də elə budur.

Qeyd edək ki, tətil yerini seçərkən, paytaxt sakinlərinin böyük əksəriyyəti (83%) İnternetdən istifadə edir. Halbuki cəmi bir neçə il əvvəl bu üsuldan yalnız gənclər istifadə edirdi.

Hərçənd, hələ də istirahət imkanları barədə ən etibarlı məlumat mənbəyi kimi qohumların və yaxınların rəyləri və şəxsi təcrübə (46%) göstərilir.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.