Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
31.10.2014 BAKI SAKİNLƏRİ İSRAFÇILIĞA QARŞI

 

Hesabat, toy və yas mərasimlərində israfçılığa qarşı mübarizəyə Bakı sakinlərinin münasibətini öyrənmək məqsədilə «Rəy» MonitorinqMərkəzinin 2014-cü il oktyabrın 4-7-də keçirdiyi ictimai rəy sorğusunun əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə metodu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1300 nəfərə yaxın paytaxt sakini cəlb olunub. Hesabatın statistik nisbi xətası 3,4%-ə qədərdir.

Sorğunun üzə çıxardığı prinsipial vacib məqam ondan ibarətdir ki, Bakı əhalisi ölkə rəhbərliyinin tövsiyyəsi ilə israfçılığa qarşı başlanan mübarizəni müsbət qiymətləndirir.

Əvvəla onu qeyd edək ki, əhali aparılan mübarizədən xəbərdardır: rəyi soruşulanların cəmi 5% bu barədə ilk dəfə eşitdiklərini, qalan 95% isə bu barədə məlumatlı olduğunu göstərib.

Məlumatlı respondentlərin 75%-i israfçılığa qarşı mübarizə haqqında ilk növbədə televiziya və radiodan xəbər tutub. Hər beş nəfərdən biri isə bu barədə dostlardan, qohum-qonşudan eşidib.

Bir sözlə bu mövzu aktualdır və paytaxt əhalisinin yetkin hissəsinin istəklərinə cavab verir.

Sorğu nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub.

Bütövlükdə Bakı sakinlərinin 73%-i sözügedən mübarizənin zəruriliyini vurğulayıb. Anketin müvafiq sualına cavab verərkən, respondentlərin 46%-i «tam razıyam, axır ki, bu həyati vacib məsələdə qayda-qanun yaratma ğabaşladılar» cavabını seçib, 27% isə bu mübarizəni dəstəkləyib və haqlı olaraq qeyd edib ki, «bu, vacib və lazımlı bir işdir». Daha 12% israfçılığa qarşı tədbirləri bir şərtlə dəstəkləyir ki, «onlar qanun çərçivəsində aparılsın və məmurların özbaşınalığına rəvac verməsin».

Yalnız 9% belə bir mübarizənin aparılmasının əleyhinədir. Onların fikrincə, «bu, hər kəsin şəxsi işidir və dövlət buna müdaxilə etməməlidir».

«Mübarizə lazımdır, lakin əmin deyiləm ki, məhz belə aparılmalıdır» cavab variantını isə rəyi soruşulanların 4%-i seçib.

Respondentlərin 3 faizi bu suala cavab verməkdə çətinlik çəkib və bu göstəricinin kiçikliyi onu göstərir ki, insanlar baş verənlərə biganə deyil.

Bu həssas sahəni kimin tənzimləməli olduğu barədə suala verilən cavablarda diqqət çəkir. Bakı sakinlərinin əksəriyyəti (təxminən 60%) birmənalı olaraq bu sahənin əsas «tənzimləyici»si qismində dövləti görür.

Qalan 40% respondent bu missiyanı Qafqaz Müsəlmanları İdarəsinin üzərinə qoyur.

HƏYATIMIZIN BU VACİB SAHƏSİNİ KİM TƏNZİMLƏMƏLİDİR? BUNUNLA BAĞLI MÜXTƏLİF FİKİRLƏR VAR. BƏS SİZ BU FİKİRLƏRDƏN HANSINI BÖLÜŞÜRSÜNÜZ?

 

Tamamilə razıyam

Qismən razıyam

Razı deyiləm

Nəsə demək     çətindir

Dövlət

57%

19%

15%

9%

Qafqaz Müsəlmanları İdarəsi

40%

31%

21%

8%

Bu hər kəsin şəxsi işidir və buna heç kim qarışa bilməz

25%

15%

47%

13%

Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır.

Bakı sakinləri «cümə axşamları»nın qeyd olunmasını «soyuq» qarşılayır. Bu yaxınlaradək norma kimi qəbul edilən bu mərasimin keçirilməsini indi 61% respondent vacib saymır. Bəzi yerlərdə keçirilən 52 mərasimini isə ümumiyyətlə əksəriyyət qəbul etmir. Rəyi soruşulanların 67%-i bu mərasimi vacib saymır və cəmi 7% bunun keçirilməsini mümkün və ya mütləq hesab edir.

SİZCƏ HANSI ANIM GÜNLƏRİNDƏ YAS MƏRASİMLƏRİ KEÇİRİLMƏLİDİR?

 

Mütləq keçirilməlidir

Keçirilə bilər

Keçirilməsi vacib deyil

Nəsə demək çətindir

40 mərasimi

74%    

14%

11%

1%

3 mərasimi

69%

15%

14%

2%

1-ci ildönümü

51%

30%

16%

3%

7 mərasimi

36%

16%

44%

4%

cümə axşamları           

8%

26%

60%

6%

52 mərasimi

2%

5%

67%

26%

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vacib bir məqama diqqət yetirək: rəyi soruşulanların tam əksəriyyəti (89%) ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67% tam, 22% isə qismən dəstəkləyir.

Bundan əlavə, məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi mollalara israfçılığa yol verilən məclislərə qatılmamağı məsləhət görüb. Bu məsləhətlər nəticə verirmi?

Təəssüf ki, sorğunun nəticələri bu suala müsbət cavab verməyə imkan vermir: son iki-üç həftə ərzində israfçılığa yol verilən yas məclisində olmuş paytaxt sakinlərinin 55%-i həmin məclislərin mollaların iştirakı ilə baş tutduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin mollalara verdiyi bu tövsiyyələrin israfçılığa qarşı mübarizəyə kömək edib-etməyəcəyi barədə suala verilən cavablara diqqət yetirək. Göründüyü kimi, cədvəldə bədbin cavablar üstünlük təşkil edir.

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ MOLLALARA İSRAFÇILIĞA YOL VERİLƏN MƏCLİSLƏRƏ QATILMAMAĞI TÖVSİYYƏ EDİB. SİZCƏ BU, İSRAFÇILIQLA MÜBARİZƏDƏ KÖMƏK EDƏCƏKMİ?

bəli, kömək edəcək                           21%                           

çoxgumanki, kömək edəcək             29%               

çoxgumanki, kömək etməyəcək                  23%

xeyr, kömək etməyəcək                               19%

cavab verməkdə çətinlik çəkirəm       8%

Yeri gəlmişkən, «Rəy» Monitorinq Mərkəzinin intervyuerləri yas sahibləri adı altında bəzi mərasim zalları və məsçidlərə də baş çəkiblər.

Məlum olub ki, mərasim zalları yemək sifariş vermək istəyən şərti «yas sahibləri»nin məclislərini molla ilə təmin etməkdən imtina etdiyi halda, Qafqaz Müsəlmanları İdarəsinin məsçidlərində vəziyyət bunun tam əksinədir. Məsçidlərdə açıq etiraf ediblər ki, onların «müştəriləri» üçün heç bir məhdudiyyət yoxdur və lazım olarsa, istənilən məbləğə ehsan süfrəsi açıb, məclisə molla göndərə edə bilərlər.

Şəxsi söhbət zamanı mollalardan biri hətta bildirib ki, artıq Həcc ziyarəti etdiyi üçün onun xidmətləri standart 50 manata deyil, avtomatik olaraq baha qiymətə başa gələcək.

Eyni zamanda bələdiyyəyə məxsus mərasim evində xidmət göstərən mollalardan biri 2 min manat cərimələnmək təhlükəsi qarşımında ehsan məclisini aparmaqdan imtina edib.

Bu yerdə respondentlərdən birinin dediyi skeptik bir fikir tam yerinə düşür. Onun fikrincə, yas mərasimləri sadəcə biznes deyil, böyük biznesdir. Məsçidlər mərasim zallarının açılmasına külli miqdarda vəsait sərf ediblər və sadəcə tövsiyyə, bəyanat və cağırışlarla bu işi yoluna qoymaq olmayacaq.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.