Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
22.06.2015 İLK AVROPA OYUNLARININ AÇILIŞ MƏRASİMİ YARIŞLARA MARAĞI KƏSKİN ŞƏKİLDƏ ARTIRIB

İlk Avropa oyunlarının möhtəşəm açılış mərasimi artıq tarixə çevrildi. Avropa idman rəsmilərinin də etiraf etdiyi kimi, iyunun 12-də Bakının Milli Olimpiya Stadionunda baş tutan mərasim öz səviyyəsinə görə yay olimpiya oyunlarının açılışını belə kölgədə qoydu.

Bəs Azərbaycan əhalisi İlk Avropa oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar açılış mərasimini izləyiblərmi və əgər izləyiblərsə bu, onlarda hansı təəsüratlar oyadıb?

«Rəy» Monitorinq Mərkəzinin 2015-ci il iyunun 13-dən 15-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir.

Nəticələr göstərir ki, Azərbaycanda I Avropa oyunlarının açılış mərsimi böyük maraqla qarşılanıb. Əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82%-i mərasimi izlədiklərini qeyd edib.

Açılış mərasiminə baxanların 93%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 6%-ə qədəri isə internet vastəsilə izlədiyini qeyd edib.

Ölkə əhalisinin 77%- i açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edirlər. Cəmi 4%-ə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, bir o qədəri də heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 2%-i bu cür yarışların keçirilməsindən narazılıq bildirib. 

Ölkə əhalisinin 80%-ə qədəri oyunları izləyəcəkərini, 12%-i idmanla maraqlanmadığını və 8%-i isə hələlik bir qərara gəlmədiklərini bildiriblər.

I Avropa oyunlarını izləmək istəyənlərin 91%-i televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildiriblər.

Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 75%-i hesab edir ki, I Avropa oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də, rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətindədirlər. Cəmi 9% respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 16% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.

Rəyi soruşuların 79%-i hesab edir ki, oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 5%-i isə bu rəyi bölüşmədiyini qeyd edib. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafinda şayiələr dolaşmağa başlayır. Avropa oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafinda əsl informasiya savaşi gedir. Sizcə Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?”-sualına ölkə əhalisinin 67%-i hakimiyyətin bu savaşı udduğunu, cəmi 6%-i isə uduzduğunu qeyd edib.  27% respondent cavab verməkdə çətinlik çəkib.

Məlum olub ki, ölkə əhalisinin 83%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət və yalnız 9%-i mənfi münasibət bəsləyir. 8% respondent cavab verməkdə çətinlik çəkib.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.