Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
22.06.2015 AZƏRBAYCAN ƏHALİSİ ÖLKƏ PREZİDENTİNƏ ETİBAR EDİR

Azərbaycan əhalisinin əksəriyyəti ölkə prezidenti İlham Əliyevə etibar edir. Bunu «Rəy» Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.

«İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualına respondentlərin 83%-ə yaxını «bəli, cavab verir» (tam və ya qismən), 5%-i «xeyr, cavab vermir», 4%-i isə «əsasən cavab vermir» deyə bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% «yəqin ki, iştirak edərdim» cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.