Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
20.06.2014 İLK AVROPA OLİMPİYA OYUNLARI: GERİYƏ SAYIM BAŞLANDI

20.06.2014

İyunun 11-i gecə yarısı Azərbaycan paytaxtının səması möhtəşəm atəşfəşanlığın al-əlvan rənglərilə işıqlandı. Düz bir il bundan sonra tarixdə ilk dəfə olaraq keçiriləcək Avropa Olimpiya Oyunlarının ev sahibi olan Bakı şəhəri geriyə sayıma - Final Countdown-a start verdi.

«Rəy» Monitorinq Mərkəzi isə bu əlamətdar hadisədən bir neçə gün sonra ölkə əhalisinin bu idman bayramına münasibətini öyrənmək məqsədilə ümumrespublika ictimai rəy sorğusu keçirib.

Əldə edilmiş nəticələr göstərir ki, respondentlərin, az qala,  yarısı yarışları izləmək niyyətindədir ki, onların da 67%-i bunu televiziya vasitəsilə edəcəyini deyib.

Cəmi 15% respondent «qiymətlərin şişirdilmiş olmayacağı təqdirdə» stadionlara bilet alacağını qeyd edib və bu da, əsasən, Bakı sakinləridir.

Qalan respondentlər hələlik seçim etməyiblər.

Yeri gəlmişkən, gözlənildiyi kimi, bu məsələdə paytaxt gəncləri arasında aktivlik daha yüksəkdir, yaşı 35-dən yuxarı olan respondentlər, bölgə sakinləri və qadınlar isə passivlik nümaiş etdirir.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan indiki münasibət tam başadüşüləndir, çünki Avroolimpiyada ideyası hələlik yetərincə məşhurlaşmayıb. Avroviziya-2012-nin təcrübəsi isə göstərir ki, tədbirin keçirilmə tarixi yaxınlaşdıqca, ona olan maraq da artacaq. Odur ki, Olimpiyadanın açılışına qədər vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişəcəyi dəqiqdir (xatırladaq ki, Avroviziya-2012-nin finalını Bakı sakinlərinin 89%-i, ölkə əhalisinin isə 82%-i izləmişdi).

Məlum olduğu kimi, 7 mindən çox idmançının qatıldığı belə beynəlxalq tədbirlərin keçirilməsi ev sahibinə heç də ucuz başa gəlmir. Yarışların təşkilinə mövcud olimpiya-idman kompleksləri cəlb edilsə də, daha 8 idman obyektinin, o cümlədən Olimpiya kəndinin salınması və Su İdman Sarayının tikilməsi də gözlənilir.

Buna baxmayaraq, sorğu iştirakçılarının əhəmiyyətli hissəsi (62%) hesab edir ki, Avropa Oyunları sadəcə vacib idman hadisəsi deyil, həm də Azərbaycanı dünyaya tanıtmaq üçün daha bir imkanıdır və bu baxımdan onun keçirilməsinə vəsait yatırmağa dəyər.

Rəyi soruşulanların cəmi 12%-i onların bu fikrini bölüşmür və hesab edir ki, indiki vaxtda belə məsrəflər artıqdır.

Daha 26% respondent isə hələ bununla bağlı ozkz heç bir qənaətə gəlməyib.

Qeyd etmək lazımdır ki, onilliklərlə tarixi olan və artıq insanların adət etdiyi və səbrsizliklə gözlədiyi Avroviziya mahnı müsabiqəsindən fərqli olaraq, Avropa Olimpiya Oyunları ilk dəfədir ki, keçirilir. Və bu baxımdan tədbirin təşkilinə böyük xərclər çəkilməsinin 62%-i tərəfindən təqdir olunması heç də aşağı göstərici deyil.

Yeri gəlmişkən, Bakıda Avroviziya-2012-nin keçirilməsindən bir il əvvəl müsabiqənin keçirilməsinə çəkilən xərclərin özünü doğrultduğunu hesab edən respondentlərin sayı təxminən eyni idi – 63%. Lakin tədbir başa çatdıqdan sonra bu fikri artıq ölkə əhalisinin böyük əksəriyyəti - 85% dəstəkləyirdi.

Bəs Azərbaycan, ev sahibi olaraq Avroolimpiyadanı layiqli təşkil edə biləcəkmi? Bu suala tam dolğun cavab almaq üçün sual «açıq formada» qoyulub, yəni respondent özü istənilən cavabı təklif edə bilərdi.

Nəticədə məlum olub ki, demək olar heç kəs yerli təşkilatçıların bu sahədə peşəkarlığına şübhə etmir.

Rəyi soruşulanların 81%-i bildirib ki, Azərbaycan artıq belə tədbirlərin keçirilməsində böyük təcrübə toplayıb və bu dəfə də hər şey yüksək səviyyədə, Avropa standartlarına uyğun təşkil ediləcək.

Cəmi 11% bunun əksini düşündüyünü bildirib.

«Omnibus» tipli ümumrespublika ictimai rəy sorğusu 2014-cü il iyunun 14-dən 16- dək keçirilib. Standartlaşdırılmış anket əsasında yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1 200-dən artıq ölkə sakini cəlb edilib. Nisbi xəta 3%-dir. 




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.