Konstitusiyada dəyişiklər haqqında referendumla bağlı ictimai rəy

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma dair sosioloji sorğunun nəticəsi

“Rəy” Monitorinq Mərkəzi 10-13 mart 2009-cu il tarixlərində respublika üzrə Konstitusiyada dəyişiklər haqqında referendumla bağlı ictimai rəy zondajı keçirmişdir.
Yaşayış yerinə görə 18 və yuxarı yaşlı təxminən 1421 nəfər “üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilmişdir. Tədqiqatın nisbi xətası 3%-dən artıq deyidir.

Respondentlərə bir sualla müraciət edilmişdir: “Martın 18-də keçiriləcək referendumda iştirak edəcəksinizmi?”

Sorğunun nəticələri göstərib ki, respublika üzrə respondentlərin 37,5%-i referendumda mütləq iştirak edəcəklərini,
29,9%-i yəqin ki, iştirak edəcəklərini,
4,9%-i yəqin ki, iştirak etməyəcəklərini,
14,8%-i isə birmənalı şəkildə iştirak etməyəcəklərini qeyd ediblər.

12,9% respondent cavab verməyə çətinlik çəkib.

Beləliklə, 18 mart referendumunda respondentlərin 67,4%-nin iştirak edəcəyi gözlənilir.

“Rəy” Monitorinq Mərkəzi

Azərbaycanda keçirilən seçkilərdə artıq 94% seçici səs verib

Azərbaycanda keçirilən prezident seçkilərində exit-poll sorğusu aparan «Rəy» Monitorinq Mərkəzinin (MM) məlumatına görə, yerli vaxtla saat 10:00-a seçicilərin 9,4%-i seçkidə iştirak edib. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Mərkəzdən xəbər veriblər.
Məlumata görə, seçicilərin ən böyük aktivliyi Sabirabad və Biləsüvar rayonlarında müşahidə olunur.
Qeyd edək ki, seçki məntəqələri səsvermə üçün səhər saat 8-dən 19:00-a qədər açıqdır. Seçkilərlə əlaqədar oktyabrın 15-i qeyri-iş günü elan edilib.
Azərbaycanda seçki hüququ olan 4 mln. 865,002 vətəndaş var. Onların səs verməsi üçün 125 dairə üzrə 5359 məntəqə fəaliyyət göstərir. Daha 33 məntəqə isə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində yaradılıb ki, orada da bütövlükdə 10 mindən çox seçicinin səs verməsi gözlənilir.
Prezidentlik yarışında «Yeni Azərbaycan» Partiyasının sədri, hazırki prezident İlham Əliyev, «Ümid» partiyasının sədri, millət vəkili İqbal Ağazadə, Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, «Müasir Müsavat» partiyasının sədri Hafiz Hacıyev və namizədliyini özü irəli sürən bitərəf namizəd Qulamhüseyn Əlibəyli iştirak edirlər.

«Rəy» MM 64 seçki dairəsinin 500 məntəqəsində exit-poll keçirir. Sorğunun nəticələri şənbə günü axşam elan ediləcək.