Konstitusiyada dəyişiklər haqqında referendumla bağlı ictimai rəy

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma dair sosioloji sorğunun nəticəsi

“Rəy” Monitorinq Mərkəzi 10-13 mart 2009-cu il tarixlərində respublika üzrə Konstitusiyada dəyişiklər haqqında referendumla bağlı ictimai rəy zondajı keçirmişdir.
Yaşayış yerinə görə 18 və yuxarı yaşlı təxminən 1421 nəfər “üz-üzə” müsahibə metodu ilə sorğuya cəlb edilmişdir. Tədqiqatın nisbi xətası 3%-dən artıq deyidir.

Respondentlərə bir sualla müraciət edilmişdir: “Martın 18-də keçiriləcək referendumda iştirak edəcəksinizmi?”

Sorğunun nəticələri göstərib ki, respublika üzrə respondentlərin 37,5%-i referendumda mütləq iştirak edəcəklərini,
29,9%-i yəqin ki, iştirak edəcəklərini,
4,9%-i yəqin ki, iştirak etməyəcəklərini,
14,8%-i isə birmənalı şəkildə iştirak etməyəcəklərini qeyd ediblər.

12,9% respondent cavab verməyə çətinlik çəkib.

Beləliklə, 18 mart referendumunda respondentlərin 67,4%-nin iştirak edəcəyi gözlənilir.

“Rəy” Monitorinq Mərkəzi